192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Artsax MP sədrinin müavini: “Artsax danışıqlar tərəfi kimi danışıqlarda iştirak etməlidir”
2019-02-15 12:23:23

Artsax tərəfi münaqişəli tərəf olaraq danışıqlarda gərək iştirak etsin, üstəlik unutmayaq ki, atəşkəs imzalanması zamanı razılaşma sənədi altında Qarabağ öz imzasını atıb. Faktlar və reallıqlar var ki, o hesaba alınmalıdır. Son söz Artsaxın olmalıdır. Bu haqda Tert.am ilə söhbətində Artsaxın Milli Parlament sədrinin müavini Vahram Balayan qeyd edib. “Biz Baş nazir Paşinyanın o sözünə inanırıq ki, danışıq prosessi yoxdur, gizli sənədlər də yoxdur ki, onun ətrafında danışıqlar aparılsın. Hakimiyyətlər deyirlər ki, “Sülhə qarşı ərazilər” formulası yoxdur və xalqın qələbəsi etinasızlığa vurulmayacaq, biz buna inanırıq. Danışan tərəflər hesaba almaya bilməzlər ki, Artsax öz leqitim hakimiyyəti və dövlət strukturlarıyla  mövcuddur. Ermənistan və Artsax qardaşlardır, biz etibar etmişik,  bununla belə  bu  o demək deyil ki, danışıqlarda iştirak etmək qərarından imtina edirik. Artsax hakimiyyətləri mütəmadi olaraq vurğulayıblar ki, Artsax danışıqlar masasına qayıtmalıdır. Bəlkə də indiki kimi müntəzəm şəkildə deyilməyib lakin, elə deyil ki, keçmiş rəhbərlik bizim iştirakımızı istəməyib. Biz öz torpağımız üzərində təstiqlənirik və öz dövlətçiliyimizi və müstəqilliyimizi saxlayacaq, qoruyacağıq”- deyərək Vahram Babayan bəyan edib.