192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Gələcəkdə Polşada və Ermənistanda biznes konfransları təşkil ediləcək: Ermənistan-Polşa biznes palatasının sədri
2019-02-15 14:11:31

Ermənistanda Ermənistan-Polşa  biznes palatası  öz fəaliyyətinə başlayır.  Onun məqsədi  Ermənistan və Polşa arasında ticarət və iqtisadi əlaqələri zənginləşdirmək,  iki ölkənin iş adamları üçün mühiti yaratmaq, iki ölkədə müxtəlif şirkətlərin və fərdi sahibkarların sərmayə qoymaların səylərini təşviq etməkdir. Bu barədə “Armenpres” ilə söhbət zamanı  Ermənistan-Polşa  biznes palatasının sədri, ER-nın Polşadakı keçmiş səfiri  Edgar Ğazaryan deyib.

“Ermənistan-Polşa  ticarət-iqtisadi əlaqələrində istifadə olunmamış böyük  potensial mövcuddur və effektiv şəkildə istifadə ediləcəyi halda hər iki tərəfdə böyük uğurlar qazanmaq mümkündür.  Çox böyük olmamasına baxmayaraq, Ermənistan-Polşa ticarət  dövriyyəsinin həmişə böyümə tendensiyası olmuşdur. Ermənistan-Polşa palatasının əsas problemi   Ermənistan və Polşanın iqtisadi vəziyyətiylə bağlı  hər iki tərəfin iş adamlarına maksimum məlumatın verilməsi olmalıdır. Turizm sahəsində də istifadə edilməmiş böyük potensial var”- deyə Edgar Ğazaryan deyib.

Onun sözlərincə, gəlcəkdə  Ermənistan və Polşanın bir sıra  ticarət sənayə palatalarıyla  biznes əməkdaşlıq razılaşmalarının imzalanması, eləcə də  Polşada və Ermənsiatnda  biznes  konfranslarının təşkil edilməsi nəzərdə tutulur.