Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
ER Prezidenti: “ DQ münaqişəsinin yalnız bir yolu var, o da münaqişəni sülh yoluyla həllidir”
2019-02-15 14:20:10

Dağlıq Qarabağın dondurulmuş münaqişəsi nə qədər ki, nizamlanmayıb və  əgər doğru nizamlanmazsa    çox təhlükəli ola bilər . Bu haqda Almaniyada Haydelberq universitetinə ziyarət etdiyi zaman ER Prezidenti Armen Sarkisyan bəyan edib. “ Kiçik regionda hansı ki, Dağlıq Qarabağ adlanır, nə qədər ki, dondurulmuş münaqişə tənzimlənməyib və əgər düzgün idarə olunmazsa olduqca təhlükəli  nəticələnə bilər. Mənim üçün münaqişənin sülh yoluyla nizamlanmasından başqa  heç bir digər  yol yoxdur və   istənilən digər variant məhvedici olacaqdır”-deyərək Armen Sarkisyan qeyd edib. ER Prezidentinə görə, hətta ən cüzi dezsabitlik belə məhvedici ola bilər.“Burada vacib deyil ki, nə dərəcədə əzəmətlisən, silahlanma üzərinə nə qədər məbləğ xərcləyirsən, yaxud sənin ordun nə qədərlə artıqdır.Yalnız bir yol var, o da münaqişənin sülhlə nizamlanması yoludur.Mən ümidvaram ki, münaqişənin nizamlanması danışıqlar və insan dəyərləri üzərində dayaqlanmış olacaq. Ümid edirəm ki, son həll Dağlıq Qarabağ sakinlərinin hüquqları hesaba alınmaqla həyata keçiriləcək”-deyərək ER Prezidenti Armen Sarkisyan qeyd edib.