192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Dini fəal 20 sutkalığa həbs olunub
2019-02-15 15:44:50

Facebook-da "Tural Divanə" kimi tanınan dini fəal Tural Allahverdiyev 20 sutkalığa həbs olunub.

O, fevralın 13-də öz evinin yaxınlığında mülki geyimli şəxslər tərəfindən saxlanılaraq naməlum istiqamətə aparılıb.

Fevralın 14-də doğmalarına bildiriblər ki, T. Allahverdiyev polisə tabe olmamaq ittihamı ilə həbs edilib.

O, siyasi məhbusların övladlarının məktəb ləvazimatı ala bilməsi üçün onların ailələrinə yardım göstərilməsi məqsədilə sosial şəbəkələrdə ianə toplamağa çağırışlar edib.

O həmçinin Qobustan həbsxanasında "Müsəlman Birliyi" Hərəkatının lideri Taleh Bağırzadə, dini fəallar Abbas Hüseynov və Cabbar Cabbarova işgəncələr verilməsinə etiraz edib.-