192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Penitensiar Xidmət Taleh Bağırzadəyə təzyiq göstərilməsini inkar edir
2019-02-16 15:17:11

Penitensiar Xidmət Qobustan həbsxanasında saxlanılan “Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırzadəyə işgəncələr verilməsi və onun aclıq etməsi barədə məlumatları təkzib edib.

“Turan” agentliyinin məlumatına görə, Penitensiar Xidmət vurğulayıb ki, T.Bağırzadənin həyat yoldaşı Leyla İsmayılzadə bəzi KİV-ə bildirib ki, onun ərinə təzyiq göstərilir, vəkilləri ilə görüş verilmir, telefon danışıqlarından məhrum edilir və bu səbəbdən uzun müddətdir ki, aclıq edir. Penitensiar Xidmət bildirib ki, T.Bağırzadə özü vəkillə görüşdən və telefon danışıqlarından imtina edib.
Bundan əvvəl Taleh Bağırzadənin həyat yoldaşı Leyla İsmayılzadə Meydan TV-yə deyib ki, Taleh Qobustan həbsxanasında 14 gündür aclığı davam etdirir.
Qeyd edək ki, müstəqil hüquq-müdafiə qurumları Azərbaycan həbsxanalarında monitorinq aparmaq imkanlarından məhrumdur.