Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
ER Prezidenti Almaniyada Latviya və Albaniyada prezidentləriylə görüşüb
2019-02-16 11:30:04

Almaniya Federativ Respublikasına işgüzar səfərdə olan Ermənistan Respublikasının Prezidenti Armen Sarkisyan Latviya və Albaniya prezidentləri ilə görüşüb.Bu haqda ER prezidentinin iş heyətindən məlumatlandırılır. Latviya Prezidenti Raymonds Veyonis ilə görüşündə Prezident Sarkisyan iki ölkə arasında ənənəvi dostluq əlaqələrini yüksək qiymətləndirərək əməkdaşlığın dərinləşdirilməsi üçün böyük potensialın olduğunu vurğuladı. Ermənistan-Latviya əməkdaşlığı xüsusilə Ermənistan-Avropa Birliyi münasibətləri kontekstində yüksək olduğunu vurğulandı. Prezident Armen Sarkisyan AB ilə Təffərrüatlı genişlənmiş tərəfdaşlıq sazişinin ratifikasiyasının önəmli məsələ olduğunu bir daha təstiq etdi. Prezident Sarkisyan Latviyanın bəzi sahələrdəki təcrübəsini bəzi islahatlar sahələrində Ermənistan üçün faydalı və praktik hesab edib. Öz növbəsində, Prezident Vejonis öz biliklərini və təcrübələrini erməni həmkarları ilə bölüşməyə daima hazır olduğunu bəyan etdi.ER Prezidenti həmçinin Albaniyanın Prezidenti İlir Metayla Albaniya tərəfinin təşəbbüssüylə görüşüb. Həmsöhbətçilər ikitərəfli münasibətlərin böyük potensialını qeyd etdilər və əməkdaşlığın inkişafı üçün ardıcıl qarşılıqlı işin vacibliyini vurğuladılar.