Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
ER Xİ naziri və Ərəb Dövlətləri Liqasının Baş katibi Suriyadakı humanitar vəziyyətin yaxşılaşdırılması üçün mümkün addımları müzakirə ediblər
2019-02-18 11:24:23

Myünxendə Təhlükəsizlik Konfransı çərçivələrində Xİ naziri Zohrab Mnatsakanyan Ərəb Dövlətləri Liqasının  Baş katibi Ahmad Abul Geytlə görüşüb.Ermənistan və ərəb dünyası arasında ənənəvi dostluq münasibətləri yüksək qiymətləndirən nazir Mnatsakanyan və baş katib Abu Geyt Ermənistanın və ərəb dövlətlərinin Liqası arasında səmərəli əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün lazım olan addımları müzakirə edərək fikir mübadiləsini aparmışlar. Görüşdə Yaxın Şərqlə bağlı həmçinin, fikir mübadiləsi aparılıb. Suriyadakı hadisələr, humanitar vəziyyət və onu inkişaf etdirmək üçün mümkün addımlar daxil olunmaqla fikir əvəz edilib. Ermənistanın Xarici işlər naziri bu baxımdan Suriyadakı humanitar vəziyyətin, xüsusilə  erməni icmasının Ermənistanın diqqətinin mərkəzində olduğunu və Ermənistanın humanitar missiyaya öz töhfəsini verməyə davam etdirmək niyyətində olduğunu qeyd edib.Zohrab Mnatsakanyan və Ahməd Abül Geyt eləcə də bir sıra beynəlxalq və regional məsələlərə toxundular.