192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Azərbaycanda törədilmiş cinayətlərin 12%-i narkotik maddələrlə bağlıdır
2019-02-18 12:05:13

2018-ci ildə Azərbaycanda törədilmiş 26381 cinayətdən 12,3%-i narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlıdır. Bu barədə Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatında bildirilir.

Həmin cinayətlərdən 57,1%-də məqsəd narkotik maddənin satışı olmayıb, ancaq həmin maddələr şəxsi istifadə üçün nəzərdə tutulduğundan böyük həcmdə olub.

Narkocinayətlərin 33,3%-i satış, istehsal və paylanma, 7,2% -i narkotik maddələrin qanunsuz becərilməsi, 2,2% - i güclü təsiredici və zəhərli preparatların satışı məqsədilə dövriyyə üçün törədilib.

Hesabat dövründə 2492 nəfərin narkotik və ya psixotrop maddələrin qanunsuz dövrüiyyəsinə bağlılığı müəyyən edilib. Onlardan 99%-i cinayət məsuliyyətinə cəlb edilib.

Narkotik maddələrlə bağlı cinayətlərin 86,2%-i işsizlər və təhsilsiz şəxslər, 37,2% -i əvvəllər cinayət məsuliyyətinə cəlb edilmiş şəxslər tərəfindən törədilib.

Cinayətlərin 0,2%-i həddi-büluğa çatmayanlar, 6,9% -i 18-24 yaş, 13% - i 25-29 yaş, 79,9% - i 30 yaşdan yuxarı şəxslər tərəfindən törədilib.