192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Times qəzeti Zamirə Hacıyevanın ekstradisiyası ilə bağlı müəmmadan yazır
2018-11-10 11:49:09

Times qəzeti yazır ki, Londonda həbs edilmiş və daha sonra 500 min funt sterlinqlik zaminə buraxılmış Zamirə Hacıyevanın məsələsi Britaniya və Azərbaycan arasındakı münasibətləri bir daha debat mövzusuna çevirib. Məqaləni azadliq.org yayıb.

Qəzetin yazdığına görə bəlli olub ki, Hacıyeva Britaniyanın yeni İzahedilməz Sərvət Qanununa hədəf olanadək Azərbaycan hökumətinin onun ekstradisiyasına dair ricası iki il müddətində baxılmadan qalıbmış.

Times yazır ki, Britaniyanın daxili işlər naziri Sajid Javid Zamirə Hacıyevanın ekstradisiyasına dair ricanı, bu sənəd Azərbaycan hökuməti tərəfindən təqdim olunandan 20 ay sonra aldığını təsdiqləyib.

Məqalədə deyilir ki, bu, Britaniya mediası Zamirə Hacıyevanın Harrods mağazasında 16 milyon funt sterlinq xərclədiyini yazandan sonra baş verib. Media bu pulların Azərbaycandan mənimsənildiyini yazır. Hacıyeva hazırda Azərbaycanda həbsxanada olan keçmiş Beynəlxalq Bank rəhbəri Cahangir Hacıyevin arvadıdır.