192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Taleh Bağırov aclığı dayandırıb
2019-02-18 13:31:29

Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə 16 gündən sonra, fevralın 15-də aclıq aksiyasını dayandırıb. Bu barədə Milli Şura Koordinasiya Mərkəzinin üzvü Rövşən Əhmədli məlumat paylaşıb.

İnanclı məhbusların hüquqlarını müdafiə Komitəinin həmsədrləri kimi o və kinorejissor Eldəniz Quliyev fevralın 15-də Qobustan həbsxanasında Tale Bağırzadə, İslam Partiyasının sədri Mövsüm Səmədov və digər Naradaran məhbusu Cabbar Cabbarlı ilə görüşüblər.

R.Əhmədli xəbər verib ki, görüş dustaqların hər biri ilə ayrılıqda, vəkillərlə görüş üçün nəzərdə tutulan otaqda olub. Tale Bağırzadə komitə həmsədrlərinin, Milli Şura rəhbərliyinin, çoxminli tərəfdarlarının xahişlərini və Ədliyyə Nazirliyi Penitensiar Xidməti əməkdaşlarının görüş üçün xoşməramlı jestlərini nəzərə alaraq aclıq aksiyasını dayandırdığı haqda qərarını bildirib.