192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
“Kormuşka” qanunları
2018-11-10 12:09:18

Turan yazır ki, son günlər ictimaiyyət deputat Vahid Əhmədovun müstəqil Azərbaycanın mövcud olduğu 27 il ərzində Dövlət Gömrük Komitəsi sistemində böyük mənimsəmələr haqqında "sensasiya doğuran" çıxışını qızğın şəkildə müzakirə edir.

Bu qədər uzağa gedən nəticələr çıxarmaq üçün deputatın bu il və əvvəlki illərdə dövlət büdcəsinə köçürülən rəqəmləri müqayisə etməsi kifayət edib. Bu, ona gömrük rüsumlarının rəsmi və real ölçüləri arasında 800 mln. manatlıq fərqin hər il mövcud olduğunu və bu məbləğin hər zaman gizlədildiyini və əvvəlki gömrük rəhbərliyi tərəfindən mənimsənildiyini bəyan etməyə əsas verib.

Belə çıxır ki, bu ilin yazında Dövlət Gömrük Komitəsinin rəhbərliyi dəyişməsəydi, Vahid Əhmədov və cəmiyyətin qalan hissəsi baş verən biabırçılıqdan xəbərsiz qalacaqdı?

Qeyri-ixtiyari belə bir sual yaranır: bəlkə bütün nazirləri çıxaraq və görək büdcəyə daxilolmalar artacaq, ya yox? Açığını desəm, bu sualın cavabı indidən aydındır - artacaq, həm də xeyli artacaq. Yolların, kanalların, obyektlərin tikintisi, böyük tədbirlərin keçirilməsi zamanı və s. yol verilmiş mənimsəmələri təsəvvür edə bilirsiniz?

Bəs ölkə rəhbərliyi nə gözləyir? Belə baxanda, bir neçə milyard artq vəsait dövlət büdcəsinə mane olmaz...

Burada daha bir sual yaranır: bu və ya digər nazirin dəyişdirilməsi iqtisadiyyatdakı vəziyyəti üzə çıxarmağın yeganə yoludur?

Ənənəvi "neçə ildir hüquq-mühafizə orqanları hara baxırdılar?" sualı bir az mənasız səslənir. Baxmayaraq ki, indi onların bundan sonra hara baxacaqlarını təxmin etmək çətin deyil.

Deputatın "kəşfinə" qayıtsaq, belə bir sual vermək istəyirəm: 20 il ərzində mətbuatı oxumamısınız, niyə sahibkarların və sıravi vətəndaşların bu qurumun işindən çoxsaylı şikayətlərinə, korrupsiya və pul tələb edilməsi haqqında jurnalist araşdırmalarına reaksiya verməmisiniz? Bu qədər vaxtdır harda idiniz, niyə baş verənləri görmürdünüz və eşitmirdiniz?

Uzun illər ərzində müstəqil və müxalif mətbuat vergi orqanlarının qanunsuz əməlləri və yığımları, məhkəmələrin, polisin, icra hakimiyyətinin və s. korrupsiyası haqqında yazıb. Nə olsun?

Hakimiyyətin belə tənqidə reaksiyası həmişə birmənalı olub - bu, Azərbaycanın uğurlarından narahat olan düşmənlərin sifarişidir. Bütün bunlarda bizim uğurlarımıza kölgə salmaq üçün ermənipərəst dairələri maliyyələşdirən Qərbin əli var.

Amma yəqin çox az insanı düşünürki, ölkədə 1993-cü ilin iyunundan sonar dövlət çevrilişinə cəhdləri baş nazir (oktyabr, 1994), daxili işlər nazirinin müavinini (mart, 1995), parlamentin spikeri (1996), səhiyyə və iqtisadi inkişaf nazirləri (2005) etmişlər.

Sonradan onlar hamısı korrupsiyada və qanunsuz yolla varlanmaqda, ölkənin sərvətlərini mənimsəməkdə ittiham olunublar.

Nəqliyyat nazirinin, vergilər nazirinin, "Azerenerji" rəhbərinin qovulması sonuncu nümunələrdir.

Yaxşı, orda başqa kim qaldı? Kiməsə toxunmaq qorxuludur. Əminəm, hakimiyyət ona görə dərindən qazmır ki, sürprizlərdən qorxur.

Yox, elə bil hamıya hər şey aydındır. Hamı "Kormuşka" qanunlarını bilir: az-az olar, qudurmaq olmaz və vaxtlı-vaxtında və ədalətli şəkildə bölüşmək lazımdır. "Simiclik" edənləri cəzalandırırıq. Onsuz da başa düşümrlər, hər dəfə cəzalandırmaq lazımdır. Bu, necə xalqdır?

Doğrudur, təqsirkarların özlərindən soruşsaq, cavab sadə və inandırıcı olacaq: bütün vəsait məlum ünvana gedib, heç kim təkcə özünə və öz cibinə işləməyib.