192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
"Rəsmi deyir pambıqçı günə 100 manat qazanır, pambıqçı deyir 8-9 manat"
2018-11-10 13:22:23

Pambıqçılıq Azərbaycanda məşğulluğu artırıbmı? Prezident İlham Əliyev çıxışlarından bunu deyir, tənqidçilər isə bunun əksini - bu işin əmək hüquqlarını pozduğu halların olduğunu da deyirlər. Məqaləni azadliq.org yayıb.

Məsələn, bugünlərdə Ağcabədinin Hindarx kəndinə prezidentin səfəri zamanı ona bildirilib ki, bir pambıqçı ailəsi gündə evə 100 manat apara bilir. İlham Əliyev özü də pambığın 1 kq-nı 65 qəpikdən hesablayır:

“2016-cı ildə bu rəqəm 41 qəpik idi, sonra qaldırdıq 50 qəpiyə, bu il də qaldırmışıq 65 qəpiyə. Ona görə edirik ki, siz daha da çox pul qazanasız”.

Amma məsələn, İmişlidə pambıqçı Şəfiqə Mustafayeva deyir ki, onun gündəlik qazancı 8-9 manat olur:

“Gündə 60-70 kq pambıq yığıram. Hər kiloqrama görə 13 qəpik alıram. Uşaqlarımla gələndə ən çox 90-100 kiloqram yığmışam. Onlar da xəstə düşüb qalıblar evdə. İndi uşaq məktəbə getmir. Pul çatdıra bilmirəm”.

İctimai təşəbbüslər Mərkəzinin sədri Qubad İbadoğlu isə bildirir ki, bu il pambıq yığımı artıq sona yaxınlaşır, bəzi rayonlarda, pambıq əkməyə məcbur edilmiş büdcə təşkilatlarının - səhiyyə, təhsil, mədəniyyət və büdcə təşkilatların rəhbərlərindən bəziləri fermerlərdən baha qiymətə pambıq almağa başlayıblar. Səbəb onların icra hakmiyyəti orqanlarının tələbi ilə məcburən pambıq əkdirdikləri tarlalarda məhsuldaqlığın aşağı olmasıdır.

Büdcə təşkilatları ilə danışmaq cəhdimiz alınmadı.

Plan var, pambıq yoxdur

Pambıq rayonlarından biri olan - İmişli rayonundan briqadir Xəyalə Ağazadə isə istisna etmir ki, İmişlidə büdcə təşkilatları pambıq yığımında səfərbər olunublar.

İctimai Təşəbbüslər Mərkəzinin rəhbəri Qubad İbadoğlu bildirir ki, bir çox rayonlarda büdcə təşkilatlarının üstünə plan qoyublar, amma pambıq yoxdur deyə büdcə təşkilatları narahatdır. Başqa bir iddia da odur ki, büdcə təşkilatlarında çalışanları zorla pambığa aparırlar.

Pambıq bölgələrindən olan İmişi rayon kənd təsərrüfatı idarəsinin rəisi Səlim Məhərrəmov deyir ki, heç kim zorla pambıq yığımına aparılmır:

Hökumət 2014-cü ilin sonundan, neft kəskin ucuzlaşandan sonra pambıqçılığı prioritet sahə elan edib, amma ki, Dövlət Statisika Komitəsinin məlumatına görə, bu sahənin payı hələ ki, ÜDM-də bir faizdən də azdır və ayrıca hesablanmır.