192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Azərbaycanlı iqtisadçı: Növbəti bahalaşma dalğasına hazır olun
2019-02-19 17:54:00

Son günlərdə marketlərdə ərzaqların qiymətində artım müşahidə olunur. Son günlər sosial şəbəkələrdə daha çox bu mövzuda yazırlar. Bu barədə rəsmi məlumat olmasa da, səbəbi açıqlanmasa da, iqtisadçılar qiymət artımının olduğunu söyləyirlər.

İqtisadçı Rövşən Ağayev deyir ki, insanlarda inflyasiya gözləntisi var. Maaş, pensiya və təqaüd artımından dolayı dövriyyəyə daxil olacaq izafi pul kütləsinin təsiri kimi:

“Əmtəə bazarlarında sağlam rəqabətin, mal təklifi kanallarının tam açıq olduğu, monopol təsirlərin olmadığı, gömrükdə qiymətyüksəldici addımların baş vermədiyi şəraitdə pul kütləsinin 3-5 faizlik artımı ciddi inflyasiya təzyiqi yaratmamalıdır”.

Rövşən Ağayev bildirir ki, əgər qiymətlər artacaqsa, hökumət büdcədən maaş-pensiya-təqaüd artımına yönəltidiyi vəsaitləri əhalidən dolayı vergilər formasında geri alacaqsa, əhalinin real gəlirləri və sosial müdafiəsi klassik əməkhaqqı-qiymət spiralının təkərləri altında qalacaq.

ReAL İdarə Heyətinin üzvü, iqtisadçı Natiq Cəfərli siqaretin, tütün məmulatlarının qiyməti artmasından danışır. Deyir, bəli, qiymət qalxıb. Ancaq deyəsən bu, sosial məsələ, etiraz ediləcək addım deyil. Sosial məsələ olmadığından dünyanın əksər ölkələri tütün və alkaqollu içkilərə böyük vergi və rüsumlar tədbiq edirlər və bu da cəmiyyət tərəfindən normal qarşılanır.

AXCP Rəyasət Heyətinin üzvü, iqtisadçı Nemət Əliyev də marketlərdəki qiymət artımının nəzərəçarpan dərəcədə yüksək olduğunu söyləyir. Deyir, alış-veriş elədiyi marketdə şorun, xamanın (smetan) kiloqram qiyməti 3 manat 20 qəpikdən 4 manat 10 qəpiyə yüksəlib. Bahalaşma 28 faizdən çoxdur:

“Qiymətlərin firmalar tərəfindən qaldırılması bildirilir. Digər malların da bahalaşması gün məsələsidir. Bu qədər bahalaşma heç də yaxşı başlanğıc deyil. Növbəti bahalaşma dalğasına hazır olun”.