192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Bakı ətrafında 704 partlamamış döyüş sursatı aşkar edilib
2019-02-20 13:14:36

Bakının Kürdəxanı qəsəbəsində 704 ədəd partlamamış döyüş sursatı aşkar edilib.

Bu barədə çərşənbə axşamı Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) məlumat verib.

Məlumata görə, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində patron və əl qumbarası tapılması barədə agentliyə məlumat daxil olub. Agentliyin mütəxəssisləri və polis birlikdə yuxarıda adı qeyd olunan ərazidən keçən Bilgəh-Sumqayıt yolunun kənarına baxış keçiriblər.

Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Havanın qaranlıq olması ilə əlaqədar əməliyyatlar bu gün də davam etdirilib.

Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 704 ədəd müxtəlif növ partlamamış hərbi sursat (PHS) və 1 ədəd avtomat darağı aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Partlamamış hərbi sursatların (PHS) ətrafında 1,500 kv.m əraziyə yerüstü, 100 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.