192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Nazirlik qəzalı məktəbə görə qurumlara müraciət etdi
2019-02-20 17:59:32

Cəlilabadda qəzalı vəziyyətdə olan məktəblə bağlı aidiyyəti qurumlara müraciət olunub.

Bu barədə Təhsil Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib.

Məlumatda qeyd edilir ki, Cəlilabad rayonu Muğan kənd orta məktəbində təhsil prosesi davam etməkdədir:

“Şagirdlər təxliyyə edilməyib. Hazırda məktəb qəzalı vəziyyətdədir. Təhsil ocağının təmir olunması 2019-2023-cü illəri əhatə edən Dövlət Proqramına salınıb, bununla bağlı aidiyyəti qurumlara müraciət olunub”.

Qeyd edək ki, Cəlilabad rayon Muğan kənd orta məktəbinin qəzalı vəziyyətdə olması barədə mətbuatda məlumat yayılıb. Məktəbin müəllimləri və valideynlər təhsil ocağının təmiri üçün Təhsil Nazirliyindən kömək istəyiblər.