192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
İşçi Qrupun yeni siyahısında 127 siyasi məhbus var
2019-02-20 16:36:00

iyasi məhbusların vahid siyahısının tərtib edilməsi üzrə İşçi Qrup onların yenilənmiş siyahısını dərc edib.

Əldə edilmiş sənədlər, məhkəmə prosesləsinin və sorğuların monitorinqləri əsasında İşçi Qrupu ölkədə bu gün siyasi motivlərlə həbs edilmiş 127 şəxs olduğunu təsdiq edib.

54 nəfərin adı monitorinq altında olanların siyahısına salınıb, 1 nəfər isə monitorinqdən çıxarılaraq siyasi məhbus kimi tanınıb.

İşçi Qrup 3 iyul 2018-ci ildə Gəncə İcra Hakimiyyəti başçısına qarşı sui qəsd, daha sonra 10 iyulda Gəncədə iki polis əməkdaşının öldürüldüyü hadisə ilə bağlı həbs edilən 51 nəfəri aşağıdakı səbəblərdən monitorinq altında olanların siyahısına əlavə edir: Dövlət orqanları həbs edilənlərin təqsirsizlik prezumpsiyasını pozub; həbs edilənlərin ailə üzvlərinə 9 gün heç bir məlumat verilməyib; hadisələrin mütəşəkkil dəstə tərəfindən törədildiyi iddia olunsa da, bununla bağlı sübutlar ortaya qoyulmayıb; dövlət orqanları 10 iyulda baş verən hadisənin iğtişaş olduğunu iddia etsə də, bu video çəkiliş və ya hər hansı başqa sübutla təsdiq edilməyib; hüquq mühafizə orqanlarının keçirdiyi əməliyyatlar zamanı aşırı gücdən istifadə olunub, nəticədə 6 nəfər ölüb; məhkəmə prosesləri rəsmi olaraq açıq olsa da, faktiki olaraq yarı-qapalı keçirilir, jurnalistlərin məhkəmədə iştirakı üçün akkreditasiya tələb edilir, məhkəmə prosesi zamanı qeyd aparmağa icazə verilmir, prosesdə iştirak edən jurnalistlərin müəyyən edilib hakim tərəfindən məhkəmə zalından çıxarılması halları müşahidə edilib.

127 siyasi məhbus aşağıdakı kateqoriyalar üzrə təsnif edilib.

- 9-u jurnalistlər və blogerlər 

- 1-i şair

- 1-i hüquq müdafiəçisi

- 18-si siyasi və ictimai fəallar 

- 67-si inanclı fəallar

- 3-ü ömürlük həbs olunma cəzasına məhkum olunmuşlar (Keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin üzvləri Elçin Əmiraslanov, Arif Kazımov və Səfa Poladov),

- 14-ü sosial etirazlarla bağlı tutulanlar 

- 2-si keçmiş dövlət məmurları 

- 4-ü siyasi girovlar 

- 8-i Səid Dadaşbəyli və onunla birgə tutulanlardır

İşçi Qrupun 1 sentyabr 2018-ci ildə təqdim etdiyi sonuncu hesabatdan sonra siyahıda adları olan 4 nəfər azadlığa buraxılıb. Onlardan 2 nəfər (Mikayıl İdrisov, Emil Möhbalıyev) cəzasının müddəti bitdiyi üçün, 2 nəfər (Məmməd İbrahim və Telman Şirəliyev) məhkəmə qərarları ilə azad edilib. 3 nəfər yeni şəxsi (Azad Həsənov, Emin Saqiyev, Əbülfəz Sadıqov) İşçi Qrup siyasi məhbus kimi tanıyaraq əsas siyahıya əlavə edib.

İQ hesab edir ki, Azərbaycanda siyasi məhbusların sayı daha çoxdur. Repressiv mühit çoxlarını onların işləri haqqında məlumat yaymamağa məcbur edir.

İşçi Qrupa 10 vətəndaş cəmiyyəti fəalı, o cümlədən hüquq müdafiəçiləri İntiqam Əliyev, Anar Məmmədli, araşdırmaçı jurnalist Xədicə İsmayılova və başqaları daxildir.