192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Azərbaycanda 4 il əvvəl vəfat etmiş şəxsin adına elektron protokol tərtib edilərək evinə göndərildi
2019-02-20 16:57:00

Azərbaycanda 4 il əvvəl vəfat etmiş şəxsin adına elektron protokol tərtib edilərək evinə göndərildiyi bildirilir.

«Report»un xəbərinə görə, elektron qərarda göstərilir ki, Elxan Balağa oğlu Mirzəquluzadə bu il yanvarın 4-də Salyan yolunun 29-cu kilometrliyində Xıdırlı kəndi ərazisində «Nissan Patrol» markalı avtomobillə radara düşərək 50 manat cərimələnib. Qərarda iddia olunur ki, E.Mirzəquluzadə İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci (Nəqliyyat vasitəsini «Yol hərəkəti haqqında» Qanunla müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə) maddəsini pozub.

Mərhumun həyat yoldaşı Zakirə Zakirqızı bildirib ki, cərimə ilə bağlı yaşadıqları evə məktub gəlib: «Həyat yoldaşım 4 il bundan əvvəl dünyasını dəyişib. Ümumiyyətlə, bizim «Nissan Patrol» markalı avtomobilimiz də olmayıb. Hazırda yol polisini məhkəməyə verməyi düşünürəm».

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsində Baş İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Əliyev isə bildirib ki, məsələ ilə əlaqədar araşdırma aparılır və nəticəyə uyğun olaraq hüquqi qiymət veriləcək.