192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
N.Paşinyan və ATƏT Minsk qrupunun həmsədrləri atəşkəs rejiminin qorunmasının vacibliyini vurğulayıb
2019-02-21 10:15:22

Baş nazir Nikol Paşinyan ATƏT Minsk qrupunun həmsədrləri İqor Popovu (Rusiya), Andrey Şoferi (ABŞ), Stefan Viskontini (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiki qəbul etmişdir.Ermənistan Respublikası hökumətindən verilən məlumata görə, Nikol Paşinyan ATƏT Minsk qrupunun həmsədrlərinin Ermənistana səfərini məmnunluqla qarşıladı və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların beynəlxalq mandatı olması formatının rolunu vurğuladı.ATƏT Minsk Qrupu həmsədrləri Nikol Paşinyanı parlament seçkilərində “Mənim addımım” ittifaqının qələbəsi münasibətiylə təbrik etdilər.ER Baş naziri yanvarda Davosda qeyri-rəsmi görüşün detallarını təqdim etdi. Tərəflər Dağlıq Qarabağ münaqişəsinin həlli üçün müvafiq mühitin formalaşdırılması, gələcək addımların müəyyənləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar. Atəşkəsin davam etdirilməsi ilə bağlı sazişlərin həyata keçirilməsinə xüsusi diqqət yetirilmişdir.