192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Öldürülmüş girovlar: Azərbaycan - Erməni öldürənlərini qəhrəmanlaşdıran dövlət
2019-02-21 14:47:43

Azərbaycan tərəfindən Ermənistan və Artsax ermənilərinə qarşı dözümsüzlük təbliğ etmə dövlət siyasəti bir çox hallarda ermənilərə qarşı törədilmiş təyziqlər və cinayətlərlə ortaya çıxmış, bu cinayətlər isə qəhrəmanlaşdırılmışdır. Bu cür hadisələr həm müharibə, həm də sülh şəraitində davam etməkdədir. Demək olar ki, Azərbaycanda hələ ki “müharibə mədəniyyəti” və erməniləri bu çərçivədən ayrı görmə bacarığı formallaşmadı. 2004-cü ildə Budapeştdə azərbaycanlı Ramil Səfərov tərəfindən erməni zabit Qurgen Marqaryana qarşı qəddarlıqla törədilmiş cinayət və Azərbaycanda bu cinayət üçün ən yüksək səviyyəsi ilə ona verilmiş rütbələr və təşviq bunun ən parlaq nümunələrindədir.

Sülh şəraitində bu cür halların olması döyüş vəziyyətində törədilən müharibə cinayətlərinin miqyasını və metodologiyasını təəsəvvür etməyə imkan verir. 2016-cı il aprel ayında Artsaxa qarşı Azərbaycan SQ silahlı təcavüzü ərzində vəhşiliyin qurbanı olan mülki sakinlər və hərbçilərə qarşı törədilmiş işgəncə faktları Azərbaycan cəmiyyətinin “erməni öldürməklə qəhrəmanlaşma” yanaşmasına müsbət baxmasını və məsələ ilə bağlı başqa bir fikrin olması paradoksunun tam inkarını göstərir.

Məsələn, azərbaycanlı gənc psixoloq Nərmin Şahmarzadənin nümunəsinə baxmaq olar. O, Azərbaycanın “milli qəhrəmanı” Mübariz İbrahimovun “qəhərəmanlığına” şübhə ilə yanaşması üçün Azərbaycan cəmiyyəti və rəhbərliyinin hədəfinə çəvirildi.

ER və Artsax vətəndaşlarına qarşı Azərbaycanın elan olunmamış müharibəsi bütün mümkün metodlarla davam edilir və beynəlxalq ictimaiyyətin müvafiq reaksiyasının olmaması yeni cinayətlərə yol açır. Ermənilərə qarşı nifrət, cəzasızlıq və təşviq mühitində, vəhşi və qəddar davranışın təbliğinə çəvirilir və bunu tarixin müxtəlif dövrlərində Azərbaycanda ermənilərə qarşı törədilmiş qırğınları və ya bu ölkədə girovluqda olan erməni mülkilərə qarşı göstərilmiş təyziqləri araşdırarkən görmək olar. Bir çox hallarda bu təyziqlər ölümlə nəticələndi. Hətta Azərbaycan hakimiyyətləri öldürülmüş girovların meyitlərini aylarca qaytarmaqdan imtina etdilər. Lakin Artsax tərəfindən azərbaycanlı Ə. Hüseynzadənin azad buraxılması erməni və Azərbaycan tərəfinin sürdüyü siyasətlərinin fərqliliyini göstərir. Artsaxda girovluqda olan azərbaycanlılara qarşı beynəlxalq konvensiyalar və normlarla müəyyən edilmiş hüquqlar yerinə yetirilir və ədalətli məhkəmə prosesləri həyata keçirilir. Mərkəmə prosesləri açıq və beynəlxalq müşahidəçilər və hüquq müdafiəçilərin iştirakı ilə keçirilir. Onlar Qızıl Xaç nümayəndələrinin nəzarətindədirlər. Azad buraxılmış Hüseynzadənin nümunəsi sübut edir ki, erməni tərəfi girovlara qarşı milli mənsubiyyətdən asıllı olaraq hər hansı bir diskriminasiya göstərmir.

Ancaq bu durum Azərbaycanda mövcud vəziyyətdən tamamən fərqlidir. Son 10 il ərzində diqqətsizcəsinə Azərbaycan ərazisinə keçən erməni mülkilərə qarşı dövlət səviyyəsi ilə Cenevrə Konvensiyası normlarının kobud pozulmaları qeyd olunub. Bütün girovlar işgəncələrə məruz qaldı və onların meyitlərinin araşdırması bu faktları sübut etdi. Onları hazır mətnlərlə çıxış etməyə məcbur etdilər və bu kadrları yaydılar. Girovlardan bəziləri müxtəlif metodlarla öldürüldü.

Hələ 2008-ci il iyulun 19-da Gor Manasyan əsir düşdü və güllələndi. Onun meyidi yalnız 5 avqustda erməni tərəfinə verildi. 2010-cu il sentyabrın 11-də sərhədyanı Ttucur kənd sakini, 1990-cı il təvəllüdlü, 20 yaşlı Manvel Saribekyan naməlum şəraitlərində Azərbaycan SQ tərəfindən girov götürülmüşdü. Ailə üzvlərinin sözlərinə görə, o meşəyə gedib qaytarmamışdı. Sentyabrın 18-də Azərbaycan KİV-ləri “erməni kəşfiyyatçı”-nın saxlanılması xəbərini yaydılar. ANS telekanalının yaydığı videoda Saribekyan “Azərbaycana terror aktı törətmək üçün” getdiyini “etiraf” etmişdi. Ekspertiza göstərib ki, müsahibə psixoloji və fiziki təzyiqlər altında, xüsusi vasitələrin tətbiqi ilə olmuşdu. Bir ay əsirlikdə olanda Qızıl Xaç nümayəndələrinə ona baş çəkmə imkanı verilmədi. 5 oktyabrda Azərbaycan MN Saribekyanın intihar etdiyini bəyan etdi. Onun meyidi yalnız bir ay sonra noyabrın 4-də ailəsinə verildi. Saribekyanın valideynləri AİHM-ə göndərdikləri müraciyətdə qeyd etdilər ki, ölüm şəraitlərindən asıllı olmayaraq, Azərbaycan insan həyatı üçün məsuliyyət daşıyırdı.

Tavuşun sərhədyanı Çinari kənd sakini 1981-ci il təvəllüdlü, 33 yaşlı Karen Petrosyan 2014-cü il avqtustun 7-də diqqətsizcə Ermənistan-Azərbaycan sərhədini keçib Azərbaycanın Ağbulaq kəndinə girmişdi. Karen Petrosyan divetrsant elan edildi. Onun ayaqqabıları hərbi ayaqqabıları ilə əvəz edildi. Ona "aid olan silah və sursat " göstərildi, lakin azərbaycanlı kəndlilərin sözlərinə görə, o silahsızdı, kəndə girib çay və siqarət istəmişdi. Sonra hərbçilər tərəfindən götürüldü və bir gün sonra avqustun 8-də Azərbaycan KİV-ləri Müdafiə Nazirliyinə istinadən Karen Petrosyanın “ürək çatışmazlıq” səbəbindən öldüyünü yazmışdı. Azərbaycan tərəfi yalnız 2 ay sonra 10 oktyabrda AİHM qərarından sonra ER vətəndaşı Karen Petrosyanın meyidini erməni tərəfinə verdi. ER girovlar, əsirlər və itkin düşənlər məsələləri üzrə komitəsi avqustun 8-də bəyanat yayaraq bildirmişdi ki, “Karen Petrosyanın ölümünə Azərbaycan tərəfi səbəb olmuşdur”. KİV-lərin yaydığı videoda silahsız mülki sakinə qarşı göstərilən qeyri-insani davranış açıq-aydın görünür. Karen Petrosyanın alçaldıcılıq kadrlarında görünən Şəmkir korpusunun komandiri, general-leytenant Rovşən Əkbərov isə, baş verənlər üçüb heç bir məsuliyyət daşımadan 2015-ci ildə Bakı korpusunun komandiri vəzifəsinə təyin olundu. Saribekyan və Petrosyanın işləri AİHM-də araşdırılır.

Ölüm halları yalnız Azərbaycanda girovluqda olanların arasında deyil, Ermənistana qaytarılmış girovlar sırasında da qeyd olunmuşdur. Sərhədyanı Verin Karmirağbyur kənd sakini 1937-ci il təvəllüdlü, 77 yaşlı psixi problemləri olan Mamikon Xocoyan 2014-cü il yanvarın 28-də diqqətsizcəsinə Azərbaycan ərazisinə keçərək girov götürüldü və diversant adlandırılaraq işgəncələrə məruz qaldı. 2014-cü il martın 4-də erməni tərəfinə verildi, lakin 2014-cü il mayın 20-də həlak oldu.

Ekspertiza göstərdi ki, o işgəncələrə məruz qaldı. Bədən üstündə təyziq izləri və İslam simvollarının dövmələri mövcuddu. Onun qanında həyata və sağlamlığına zərərli maddə tapıldı və bu maddə onun ölümünə səbəb ola bilərdi. 2015-ci il noyabrda iş AİHM-də araşdımağa qəbul edildi.

Erməni girovlara qarşı yalnız fiziki deyil, psixoloji təyziqlər də tətbiq edilir. Bunu 2014-cü il dekabrın 26-dan Azərbaycanda girovluqda olan Artsax vətəndaşı Arsen Bağdasaryanın nümunəsi ilə göstərmək olar. 2015-ci yanvarın 12-də Bağdasaryana baş çəkən azərbaycanlı hüquqşünas Bəhbudov bəyan edib ki, Bağdasaryan “öz istəyi ilə Azərbaycan tərəfinə keçdiyini və Ermənistana getmək istəmədiyini” demişdir. Lakin məhkəmə dindirmələrdən birində Bağdasaryan Azərbaycan mövqelərinə erməni polkovnikin əmri ilə girdiyini söylədi. Sonrakı illərdə, o cümlədən 2018-ci ildə Azərbaycan tərəfi Bağdasaryandan öz təbliğatını həyata keçirmək üçün istifadə edirdi. Bağdasaryan müsahibələr verir və bunları yayırlar. Onun keçmiş və indiki çıxışlarda bir sıra ziddiyyətlər və Azərbaycan təbliğatının açıq nümunələri (məsələn: “Ermənistanda qarabağlıları sevmirlər, onlar arasında ziddiyyətlər vardır. Ermənistan aqressordur və s.) mövcuddur.

Azərbaycan bu gün də eyni siyasətini sürdürür. Son nümunəsi də Karen Qazaryandır. Erməni tərəfi onun xəstəliyini və orduda xidmət etmədiyini sübut edən faktlar təqdim etdirsə belə, Bakı onu diversiya qrupunun üzvü olaraq göstərir və onun qapalı məhkəməsindən insan hüquqları və hüquq normlarını pozan kadrlar yayır.

Beləliklə, yalnız Bakı və Sumqayıtda baş verən erməni qırğınları və hərbi cinayyətləri deyil, son illərdə qeyd olunmuş bir sıra nümunələr də sübut edə bilər ki, Azərbaycan cəmiyəti sırasında anti-erməni əhvalların və ermənifobiyanın təşviqi mövcuddur və bu, azərbaycanlıların “hərbi mifologiyasının qəhrəmanları” olan Ramil Səfərov, Mübariz İbrahimov, İbaq Hüseynov, diversantlar Dilqəm Əsgərov və Şahbaz Qüliyəv kimi cinayətkarlar doğurur.

Armenpress.am