192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
“DQ problemləri.Qaysaqlanmayan yara”. Bu kitab DQ əsas məsələsinin bütün tarixini ərəbdilli mütaliəçiyə təqdim ediləcək
2019-02-21 12:43:32

Suriyədə Ermənistan Respublikasının keçmiş səfiri Arşak Poladyanın “DQ problemləri.Qaysaqlanmayan yara” ərəb dilində nəşr etdirdiyi kitab ərəb dilli mütaliəçilərə Dağlıq Qarabağ əsas məsələsinin bütün tarixini və münaqişənin nizamlanmasına dair hazırkı vəziyyəti təfsilatıyla təqdim edəcəkdir.Bu haqda jurnalistlərlə söhbətində kitabın müəllifi bildirib.“Uzun illər ərəb regionunda səfir vəzifəsində çalışmaqla daima hiss etmişəm ki, Dağlıq Qarabağ məsələsinə dair informasiya azlığı mövcuddur. Yaxud, o azərbaycanlılar tərəfindən təhrif olunmuşdur. Bu məni məcbur etdi ki, bu işə başlamalıyam.  Burada əsasən tarixi keçmişə , indiyə, nizamlanma prosessinə və xüsusən Yaxın Şərqdə türk qəbilələrinin yayılmasına ,hansı ki, 11-ci əsrdən başlanığıc alıb, onlara əhatəli şəkildə qayıtmışam. Bu bölməni tədbiq etmişəm ki,xüsusən ərəbdilli mütaliəçiyə dəqiqliklə aydın olsun ki, söhbət nədən gedir və nəyin barəsindədir.Çünki, azərbaycanlılar gecə-gündüz tarixi təhrif etməkdən yorulmur və ozlərinin yerli olmaq olayını göstərməyə daima cəhd edirlər”-deyərək Arşak Poladyan bildirir. ER Xarici işlər naziri Zohrab Mnatsakanyan kitabın mövcud olmasını mühüm hesab edərək qeyd edib ki, bu kitab bir daha bizim xalqımızın tarixini nümayiş edir, kimlər ki, bütün həyatı boyu özünün sülhü, dinc yaşayışı naminə mücahidə edib.“Bu kitabda bizim xalqımız barədə bəhs edilir, kim ki, öz təhlükəsizliyi, sülhü, əmin amanlığı üçün daima çarpışaraq ədalət uğrunda  mübarizə aparıb və indi də  aparmaqdadır. Bizimsə sülh üçün, əmin amanlığımız üçün  olan qətiyyətliyimiz kifayət qədər möhkəmdir”-deyərək Zohrab Mnatsakanyan bəyan edib.