192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Avropa Genclər Parlamentinin beynəlxalıq sammiti ilk dəfə Yerevanda keçiriləcək
2019-02-21 14:18:12

Avropa Genclər Parlamentinin  beynəlxalq sammiti ilk dəfə Yerevanda  keçiriləcək. ER baş nazirinin yüksək himayəsi altında  2019-cu ilin martın 9-dan 17-dək “Yerevan-2019” paytaxtında  Avropanın 40 ölkəsindən təxminən 300  gənci toplayaraq, Yerevanda Avropa Genclər Parlamentinin  89-cu beynəlxalq sammiti keçiriləcək. “Yerevan-2019”  bu günə qədər  Ermənistanda təşkil edilmiş ən böyük  beynəlxalq konfransı olacaq. Onun çərçivəsinbdə  genc  liderlər  ER Baş naziri Nikol Paşinyan, Aİ ölkələrinin səfirləri və digər  yüksək səviyyəli  rəsmilərlə görüşəcək.

Sammitin mövzusu “Birlikdə qlobal çağırışları aradan qardıraraq”-dır. Bu mövzuna dair  Ermənistana gələn Avropanın aparıcı təhsil müəssisələrinin tələbələri müvafiq komitələr müzakirələr aparacaq.

Müzakirələr mərhələsindən sonra  iştirakçıların təklif edilmiş formulaları  Avropa Genclər Parlamentinin  Berlindəki  ofisinə təqdim ediləcək.

Müzakirələrdə iştirak etməklə yanaşı  qonaqlar  erməni mədəniyyətlə və tarixi irslə tanış olacaq, eləcə də erməni  nümayəndələriylə təcrübə mübadiləsi sayəsində onlar qarşılıqlı olaraq mədəniyyətlərarası ünsiyyətdə öz bacarıqlarını inkişaf etdirəcəklər.