192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
"Turan” informasiya agentliyinin jurnalistləri Ermənistan XİN-dən akkreditasiya və Yerevanda reportajlar hazırlama icazəsini aldılar
2019-02-21 16:02:06

2019-cu il fevralın 12-da Ermənistan İctimai Radiosunda yayımlanan “Azərbaycan bir həftə ərzində” proqramında Azərbaycanda həftə ərzində baş verən ən mühum və maraqlı hadisələri müzakirə olundu. Proqram aparıcıları Anjela Elibegova və Armine Adibekyandır.

Proqram çərçivəsində “Turan” informasiya agentliyinin jurnalistlərinin Ermənistana səfəri müzakirə olundu. Ermənistan XİN-dən akkreditasiya verildi və onlar bir sıra müsahibələr keçirdilər, lakin o şərtiylə ki, saytda müsahibənin orijinalı yayılmalıdır və heç bir dəyişdirmə olmamalıdır.

Bu razılaşma hər bir müsahibədə olmuşdur və eyni prinsip Tsitsernakaberddə, Tevan Poğosyan və Levon Zurabyanla söhbətdə vardı. Yəni, respondentləri narahat edən tək şey, onların sözlərinin təhrif edilməməsi və onların demədiyi şeylərin əlavə olunmaması idi.

Jurnalistlərin getdiyi ilk yer Tsitsernakaberd idi və bu çox önəmli və diqqətəlayiqdir, çünki Erməni Soyqırımı məsələsi o qədər də Azərbaycanla deyil, Türkiyə ilə bağlı olan bir məsələdir, lakin Türkiyə ilə qardaşlar olduğu üçün, onlar bu adımla bir daşla bir neçə quş vurmaq istədilər.

Ancaq Erməni Soyqırımı muzey-institutunun yeni sədri onlara müsahibə vermədi və Hacıyevin sözlərinə görə, onların suallarına cavab verilmədi. Muzey əməkdaşının isə, sulallara cavab verməməsini anlaya bilərik, çünki Turan agentliyinin yaydığı reportajın ilk hissəsində mövcud suallar olduqca provokativdi.

İlk növbədə, Hacıyev Erməni Soyqırımını “1915-ci il hadisələri” kimi təqdim edir və açıq şəkildə ermənilərin üsyanları və olanların bunu nəticəsi kimi dəyərləndirməklə bağlı suallar verdiyini deyir. O, bu suallarla göstərmək istəyir ki, erməni qırğınları ədalətli və əsaslandırılmışdır, çünki söz “xəyanət”-dən gedirdi. Yəni, Azərbaycan təbliğatının rəsmi tezisi səsləndirildi. Adam Yerevana gəlib öz təbliğatını həyata keçirməyə başlamışdır.

Ancaq Azərbaycan KİV nümayəndəsindən başqa bir sual gözləməsi təəccüblü olardı. Onları ilk növbədə Ermənistanın mövqeyi və erməni tərəfinin arguymentləri maraqlandırırdı. Bu normaldır. Erməni gid hazır olsaydı, inkar edən tərəfinin bütün tezislərini və kontrargumentlərini biləcəkdi. Başqa bir məsələdir ki, Hacıyeva lazım olan məhz buydu. O elə suallar soruşacaqdı ki, bunun cavabını vermək biraz zaman alacaqdı və ya onlara razı salmayacaqdı və onlar diyə biləcəkdi ki, ermənilərin kontrargumnetləri yoxdur. Bu kontekstdə heç bir cavabın verilməməsi, yalnış bir şey deməsindən yaxşıdır.

Fakitiki olaraq Hacıyev üçün maraqlı mövzular Erməni Soyqırımı, Kilsə və Artsax məsələləri idi. Artsax haqqında ilk müsahibə levon Zurabyanla keçirildi. Zurabyanın müsahibəsi erməni cəmiyətində qarışıq reaksiyalara səbəb oldu. Yalnız Zurabyanın müsahibəsi müsahibə formatında deyil, onun sözlərinin interpritasiyası kimi təqdim edildi. Qeyd olunmalıdır ki, hər tərəf bu müsahibədə öz daxili gözləntilərinə uyğun olan və ya olmayan şeyləri görür.

Levon Ter-Petrosyanın ən yaxın müttəfiqi niyə seçilmişdi? Çünki Azərbaycanda elə fikirlər var ki, Ter-Petrosyan hakimiyyətə gələndə erməni tərəfi Azərbaycana güzəştlərə gedəcək. Müsahibəni diqqətli oxuyanda və Zurabyanın müharibə haqqında dediklərinə baxanda, görünür ki, Azərbaycan təbliğatının çox önəmli mifi dağıdıldır, çünki bu, Azərbaycan tərəfi üçün çox aktual biz tezisdir.

Saat yarım sürən müsahibədən yalnız azərbaycanlı jurnalistin bəzi acıdil şərhləri və ifadələri ilə “rewrite”-ni oxuyursaq, bu cür səfərlərin səmərəliliyi anlaşılmır.