192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Dindarın Azərbaycana gələrkən saxlanıldığı bildirilir
2018-11-12 12:50:52

Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin" sədri Şeyx Mirtağı Əsədov Azərbaycan-Gürcüstan sərhəd buraxılış məntəqəsində saxlanılıb.

Bu barədə Turan Agentliyinə Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsindən məlumat veriblər.

İdarənin məlumatına görə, M.Əsədov noyabrın 7-də Azərbaycan sərhədçiləri tərəfindən saxlanılıb.

"Şeyx Mirtağı Əsədov noyabrın 7-də Azərbaycana səfər edib. Onu Azərbaycanın sərhəd buraxılış məntəqəsində saxlayıblar. Sərhədçilərin verdiyi məlumata görə, onu Gürcüstan-Azərbaycan sərhəddindən Bakıya aparıblar. Ailə üzvləri onun saxlanılmasının səbəbi barədə məlumatsızdır. Onu 3 gündür vəkilsiz və ittiham irəli sürülmədən saxlayırlar", idarədən deyiblər.

İdarədən verilən məlumata görə, noyabrın 9-da Gürcüstanın Azərbaycandakı səfirliyinin attaşesi saxlanılan M.Əsədovla görüşüb. Ancaq görüşün detalları haqda idarəyə məlumat verilməyib.

İdarədən onu da deyiblər ki, sabah Gürcüstanın hüquq müdafiə təşkilatları M.Əsədovun saxlanılması ilə bağlı konfrans keçirəcək.

Azərbaycanin əlaqəli qurumlarından hələlik M.Əsədovun saxlanılması barədə rəsmi açıqlama almaq mümkün olmayıb.

Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin məlumatına görə, M.Əsədov Azərbaycan vətəndaşı olub. Ancaq o, 2 ilə yaxındır ki, Azərbaycan vətəndaşlığından imtina edib.

Onun ailəsinin Azərbaycanda yaşadığı, ailəsinı baş çəkmək üçün ildə bir neçə dəfə Azərbaycana səfər etdiyi bildirilir.

İdarədən deyiblər ki, Ümum Gürcüstanın Müsəlmanlar Ali Dini İdarəsinin sədri olan M.Əsədov son aylarda Gürcüstandakı məscidlərin durumu ilə bağlı tənqidi çıxışlar edib. O, Gürcüstanda məscidlərin dövlət mülkiyyətinə verilməsinə, sovet dövründə dini birliklərə dəyən zərərin kompensasiya edilməsi qaydasına qarşı çıxıb.