192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Məhkəmə Mustafa Hacıbəyliyə 5 il 6 ay şərti cəza verib
2019-02-21 16:25:33

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bastainfo.com saytının baş redaktoru Mustafa Hacıbəylinin barəsində hökm oxunub. Məhkəmə onu Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə çağırışlar), 309 (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri üzrə təqsirli bilib.

Eyni zamanda M.Hacıbəylinin  himayəsində həddi-büluğa çatmayan uşaqların olduğunu nəzərə alaraq məhkəmə CM-in şərti cəza haqqında 70-ci maddəsini tətbiq edib. Sonda məhkəmə jurnalisti 2 il sınaq müddəti olmaqla şərti olaraq 5,5 il müddətinə azadlıqdan məhrum edib. Bu, o deməkdir ki, əgər 2 il ərzində M.Hacıbəyli "yeni cinayət" törətməsə cəza müddəti tam çəkilmiş hesab olunacaq.

Hökm oxunmazdan öncə jurnalist yekun sözlə çıxış edib. O, cinayət işini qanunsuz və əsassız adlandırıb.

M.Hacıbəyli onun vəzifəli şəxs kimi təqdim olunmasını və vəzifə cinayətlərində ittihamı absurd adlandırıb.

"Mənim nəinki vəzifəm, heç iş yerim də yoxdur. Prokurorluğun sorğusu ilə Konstitusiya Məhkəməsi vəzifəli şəxslərin siyahısını açıqlayıb və jurnalistlər ora daxil edilməyib", - M.Hacıbəyli vurğulayıb.

M.Hacıbəyli ona bəraət verilməsini xahiş edib.

O qeyd edib ki, hər zaman söz azadlığının müdafiəçisi olaraq qalacaq.

Müdafiə tərəfi hökmdən şikayət vermək niyyətindədir.