192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
AİHM Novruzəli Məmmədovun Azərbaycanı cərimə edib
2019-02-21 17:55:00

Bu gün Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) "Məmmədov və digərləri Azərbaycana qarşı" işi üzrə qərarını elan edib.

Şikayət "Tolışi Sədo" qəzetinin keçmiş redaktoru və Talış Mədəniyyət Mərkəzinin rəhbəri Novruzəli Məmmədovun hüquqlarının pozulması və həbsdə ölümü ilə əlaqədar verilmişdi. İlk şikayəti Məmmədov özü həyatda olarkən yazmışdı, Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşlarının amansız rəftarından şikayət edirdi.

2008-ci il iyunun 24-də məhkəmə N.Məmmədovu 274-cü (dövlətə xəyanət) maddə ilə həbs edib, avqustun 17-də isə o, həbsxanada dünyasını dəyişib.

Mərhumun həyat yoldaşı və oğlu N.Məmmədovun ölümü ilə bağlı yeni şikayət verib.

2011-ci il aprelin 16-a N.Məmmədovun oğlu vəfat edib və onun həyat yoldaşı Məhkəmədə təhqiqatı onun yerinə davam etdirib.

N.Məmmədov linqvist idi və Azərbaycan Elmlər Akademiyasının Linqvistika İnstitutunda işləyirdi. O, talış idi və talış dili üzrə araşdırmalar aparılırdı.

Məmmədov həmçinin iki dildə nəşr olunan "Tolışi sədo" qəzetinin redaktoru idi və müntəzəm olaraq qəzetdə məqalələr dərc edirdi.

O, 2007-ci il fevralın 2-də saxlanılıb və MTN-ə aparılıb, burada onu İran kəşfiyyatı ilə əməkdaşlığı haqqında dindiriblər.

Həbsxanada Məmmədov fiziki təzyiqə və işgəncələrə məruz qalıb.

2007-ci il fevralın 3-də o, gözlənilmədən buraxılıb, amma dərhal küçədə polis tərəfindən saxlanılıb və polisə "tabe olmama" ittihamı ilə 15 günlük həbs edilib.

Məhkəmədən sonra onu yenidən MTN-ə aparıblar və yenidən işgəncə veriblər.

Məmmədov ciddi xəstə olmasına baxmayaraq, ona tibbi yardım göstərilməyib və dərman verilməyib.

Eyni zamanda, Məmmədovu oğullarını həbs etməklə hədələyiblər.

2009-cu il avqustun 17-də N.Məmmədov həbsxanada baş beyinin işemik infarktı nəticəsində vəfat edib.

Ölümündən sonra Nizami rayon prokurorluğu onun ölüm halları ilə bağlı cinayət araşdırmasına başlayıb və cinayət tərkibi olmadığına görə cinayət işi açmaqdan imtina edib. Amma AİHM Məmmədovun Avropa İnsan Hüquqları Konvensiyasının 2-ci (yaşamaq hüququ), 3-cü (işgəncələrin qadağan edilməsi), 5-ci (azadlıq və şəxsi toxunulmazlıq hüququ) maddələrində zəmanət verilmiş hüquqlarının pozulmasını tanıyıb. Avropa İnsan Hüquqları Konvensiyası onun dul həyat yoldaşı Məryəm Məmmədovaya 20 min avro təzminat və məhkəmə xərclərinin ödənilməsi üçün əlavə olaraq 4 min avro ödənilməsi qərar çıxarıb․