Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
Paşinyan regional münaqişələrin nizamlanmasında ER və Gürcüstanın tarazlı mövqeyinə böyük əhəmiyyət verir
2019-02-22 10:01:07

Baş nazir Nikol Paşinyan Ermənistana rəsmi səfərdə olan Gürcüstanın Müdafiə naziri Levan İzoriayanı qəbul etmişdir.

ER hökumətindən verilən məlumata görə, Baş nazir Gürcüstan Müdafiə Nazirliyinin nümayəndə heyətinin Ermənistana etdiyi səfəri məmnunluqla qarşıladı və iki ölkə arasında müxtəlif sahələrdə qardaşlıq əlaqələrinin gücləndirilməsi və inkişaf etdirilməsinin vacibliyini qeyd etdi. ER Baş naziri, iki ölkə arasındakı yüksək səviyyəli səfərlərin və yüksək və müxtəlif səviyyələrdə siyasi məsləhətləşmələrin çox əhəmiyyətli olduğunu vurğuladı. Levan İzoria qeyd edib ki, Gürcüstanın Ermənistanla dostluq münasibətlərin möhkəmləndirilməsində və dərinləşməsində maraqlıdır və bu istiqamətdə səmərəli əməkdaşlığı davam etdirməyə daima hazırdır. Həmsöhbətçilər  müdafiə sahəsində     əm erməni-gürcü əmkdaşlığının gündəliyi ilə bağlı məsələləri müzakirə edərək, mövcud tərəfdaşlığı möhkəmləndirməyə və yeni təşəbbüslərin həyata keçirilməsinə qarşılıqlı hazırlıqlarını bir daha təstiq etdilər. Tərəflər regional təhlükəsizlik və sabitlik, münaqişələrin sülh yolu ilə həlli ilə bağlı fikir mübadiləsi aparmış və bu istiqamətdə birgə səylərin vacibliyini vurğulamışlar.Baş nazir Paşinyan regional münaqişələrin həllində ikitərəfli tarazlı mövqenin əhəmiyyətini vurğuladı.