192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Mustafa Hacıbəyli: Bu, məhkəmə deyil, tamaşadır
2019-02-22 12:41:40

Məhkəmənin basta.info saytının işi üzrə bugünki qərarı qanunsuzdur. Bu fikri Turan agentliyinə saytın redaktoru Mustfa Hacıbəyli bildirib. Məhkəmə onu 5 il yarım müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edib.

"Mənə bəraət verməli, cinayət işini isə əsas olmadığı üçün bağlamalı idilər. Nə istintaq, nə onun şahidləri məhkəmədə təqsirimin hər-hansı sübutunu təqdim etməyiblər, vəsatətlərimiz təmin edilməyib. Ən əsası, istintaq bizim məqalələrdə məhz hansı ifadələrin qanun pozuntusu olduğunu heç cür izah etməyib", deyə redaktor bildirib.

"Məhkəmənin qərarından apellyasiya veriləcək, baxmayaraq ki, biz məhkəmələrimizdən ədalət gözləmirik, daha sonra digər məhkəmə instansiyalarına müraciət edəcəyik və beləcə iş Avropa İnsan Hüquqları Məhkəməsinə qədər gedib çatacaq", deyə o bildirib.

Bu hökm onun jurnalistlik fəaliyyətinə necə təsir edəcək? Bu suala cavabda redaktor deyib ki, bu gün Azərbaycan prokurorluğu faktiki olaraq mətbuat üzərində senzura rolunu oynayır. Prokurorluqda bu internetdə və saytlarda nəşrləri izləməklə məşğl olan xüsusi xidmət yaradılıb. Bütün xoşagəlməz nəşrlərin müəllifləri təzyiqə məruz qalır və təqib olunur. Onlar çağırılır və tənqidə son qoymaq tələb olunur, razılaşmayanlara qarşı isə cinayət işləri açılır. Bu cür proseslər bir sıra digər saytlara və onların müəlliflərinə qarşı da gedir.

"Bu cür təzyiqlə təkcə mən qarşılaşmamışam. Buna baxmayaraq, jurnalistlik fəaliyyətimi və söz azadlığı uğrunda mübarizəni davam etdirəcəyəm", deyə redaktor qeyd edib.

* Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsi bastainfo.com saytının redaktoru Mustafa Hacıbəylini CM-in 309 (vəzifə səlahiyyətlərini aşma), 313 (vəzifə saxtakarlığı) və 281-ci (dövlət əleyhinə çağırış) maddələri ilə təqsirli bilərək, 5,5 il müddətinə azadlıqdan məhrum edib.