192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Nemət Əliyev: Dövlət Statistika Komitəsi yenə saxtakarlıq edir
2019-02-23 13:24:00

Nemət Əliyev: Əhali gəlirlərinin adambaşına düşən həcmi ötən ay 11 manat 70 qəpik və ya 3% azalıb, dostlar! Lap “al gülüm, ver gülüm” məsələsinə döndü. Pensiyaların, təqaüdlərin artırılmasına dair imzalanan sərəncamların mürəkkəbi qurumayıb hələ. Belə çıxır ki, əvvəlcə alıb, sonra da qaytarırlar. Əsl sürprizdir! Amma bu sürpriz ölkədə həyat səviyyəsini artıq 4,6% pisləşdirib.

Açıqlanan rəsmi məlumatlara görə adambaşına düşən gəlirlərin nominal həcmi ötən ilin yanvarında 396,9 manat, bu ilin yanvarında isə 385,2 manat olub. Bir aylıq gəlirlərin 11,7 manat və ya 3% azalması ortadadır [(385,2-396,9=-11,7);(-11,7:396,9∙100≈-3%)]. Amma DSK açıqladığı rəsmi məlumatda bu azalmanı ört-basdır etmək üçün onu “5,3% artım” şəklində ötürüb ictimaiyyətə.

Əhalinin ümumi gəlirlərinin nominal həcmi də azalıb. Bu göstəricinin səviyyəsi yanvarda 2,1 % və ya 82,3 milyon manat enərək 3882,3 milyon manatdan 3800 milyon manata düşüb (3800:3882,3∙100-100≈-2,1%). Rəsmilər bu sadə hesablamanın nəticəsini də təhrif olunmuş şəkildə – “6,1% artım” kimi təqdim edib ictimaiyyətə.

Doğrusu, peşəkar mütəxəssislərin bu dərəcədə kobud “səhv” buraxması heç inandırıcı görünmür. Lakin ölkədə son zamanlar baş verənlərin fonunda mümkündür ki, ictimaiyyətin çaşdırılması məqsədli şəkildə həyata keçirilib. Bu çaşqınlığın səbəbləri haqqında düşünüb-daşınmağı oxucuların öz öhdəsinə buraxıram. Amma nəzərə almaq lazımdır ki, yanvarda əhalinin həyat səviyyəsi pisləşib. Əgər istehlak qiymətlərinin yanvarda 1,7% artmasına dair açıqlanan rəsmi məlumatlara inansaq (gerçək bahalaşma yüksəkdir), ölkədə həyat səviyyəsinin artıq 4,7% (-3,0-1,7=-4,7%) pisləşməsi təsdiq olunur.
Mənbə:
(https://www.stat.gov.az/news/macroeconomy.php?page=1)
(https://www.stat.gov.az/news/macroeconomy.php?page=13&arxiv=1)