192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Dini fəal polisdəki işgəncələrdən danışıb
2019-02-23 15:11:00

Bu gün Bakı Apellyasiya Məhkəməsində "Müsəlman Birliyi" Hərəkatının fəalı, inzibati qaydada 15 sutka həbs edilmiş Bəxtiyar Bağırovun şikayətinə baxılıb.

Mülki geyimli şəxslər onu fevralın 6-da saxlasalar da həbsə alındığı tarix fevralın 11-nə sənədləşdirilib. Həmin gün Nərimanov Rayon Məhkəməsi onu xırda xuliqanlıq ittihamı ilə 15 sutkalığa həbs edib.

O, bugünkü prosesdə deyib ki, dostu ilə çayxanada otururmuş, naməlum şəxs telefon edərək deyib ki, onu 6 saylı koloniyada cəza çəkən dini fəal Əhsən Nuruzadə göndərib. "O görüşməyi xahiş etdi. "Araz" marketin yanında görüşdük. Ancaq orada məni saxladılar, maşına oturtdular və DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə apardılar", - B.Bağırov bildirib. Onun sözlərinə görə, orada onu 6 gün saxlayıblar.

Məhkəmədə bildirilib ki, B.Bəxtiyarov küçədə təhqiramiz ifadə işlədib, ona görə də saxlanılıb.

B.Bağırovun sözlərinə görə, onu dostu Fikrəm Məmmədovun yanında saxlayıblar. F.Məmmədov baş verənlərlə bağlı DİN-in 102 xidmətinə və ombudsman aparatına məlumat verib. 6 gün ərzində B.Bağırovun doğmalarına onunla bağlı heç bir məlumat verməyiblər. Hətta KİV-lər B.Bağırovun yoxa çıxdığını yazıblar.

Vəkil Cavad Cavadov həbs olunanın dostu F.Məmmədovun məhkəmədə dindirilməsi, "Araz" market və ətrafdakı digər obyektlərdəki videoyazılara baxılması barədə vəsatət qaldırıb.

Lakin vəsatətlər təmin edilməyib.

B.Bağırov deyib ki, məhkəmədən öncə beş gün, məhkəmədən sonra isə bir gün onu BMCMİ-də saxlayıblar. Həbsə səbəb kimi işgəncələr və cəzaçəkmə müəssisələrindəki işgəncələr barədə sosial şəbəkələrdə yazılarını göstəriblər. Mənim videomüraciətimdən sonra 5-6 nəfər məni döydü", - B.Bağırov deyib.

Hakim Həsən Əhmədov qısa məşvərətdən sonra şikayəti təmin etməyib.