192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Milli Şura yeni mitinqini martın 2-nə təyin edib
2019-02-25 11:24:32

Demokratik Qüvvələrin Milli Şurası (DQMŞ) martın 2-nə növbəti etiraz aksiyası təyin edib. Mitinqin gələn şənbə saat 15:00-dan 17:00-a qədər "Məhsul" stadionunda keçirilməsi nəzərdə tutulur.

AXCP lideri Əli Kərimli bildirib ki, aksiyanın şüarları əvvəlki aksiyaların şüarları olaraq qalır: siyasi məhbuslara azadlıq, kənara çıxaırlmış vəsaitlərin ölkəyə qaytarılması, 2015-ci il devalvasiyalarından sonra əhalinin yaranmış kredit probleminin dövlət hesabına silinməsi və s.

Qeyd edək ki, yanvarın 19-da DQMŞ son 6 il ərzində ən kütləvi mitinqini keçirib.

Bundan sonra müxalifətin yanvarın 26-na və fevralın 23-nə təyin edilmiş mitinqlərinə hakimiyyət icazə verməyib. Bakı şəhər administrasiyası bunu "vətəndaşların və təşkilatların" 19 yanvar aksiyası zamanı ictimai asayişin pozulmaı ilə əlaqədar mitinqlərə icazə verməmək barədə müraciətləri ilə əsaslandırıb.

Maraqlıdır ki, paytaxt polisi 19 yanvar aksiyasından dərhal sonra mitinq zamanı ictimai asayişin pozulması hallarının qeydə alınmadığını bəyan edib.