192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Məhkəmə Yalçın İmanovun vəkillik fəaliyyətinə xitam verilməsi barədə qərarı təsdiq edib
2019-02-25 12:18:38

Gəncə İnzibati İqtisad Məhkəməsi fevralın 22-də Yalçın İmanovun vəkillik səlahiyyətlərinə xitam verilməsi haqqında yekun qərar qəbul edib. Bu barədə Turan-a İmanov özü bildirib. O, apellyasiya şikayəti verəcək.

İmanov 2007-ci ildən Vəkillər Kollegiyasının üzvü olub. Amma Kollegiyanın Rəyasət Heyəti 2017-ci il noyabrın 20-də onun vəkillik fəaliyyətinə xitam verilməsi barədə iddia ilə məhkəməyə müraciət edib. Bu zaman onun vəkillik fəaliyyəti hələ məhkəmə baxışından əvvəl qadağan edilib.

İmanov Penitensiar Xidmətin şikayət ilə guya müvəkkili, "Müsəlman Birliyi" hərəkatının fəalı Abbas Hüseynovun Qobustan həbsxanasında işgəncəyə məruz qalması barədə faktı yaydığına görə cəzalandırıb.

Penitensiar Xidmət iddia edirdi ki, İmanov yalan məlumat yayaraq, həbsxana müəssisəsinin şərəf və ləyaqətinə ziyan vurub.

Gəncə İnzibati İqtisad Məhkəməsi hələ ötən il fevralın 21-də İmanovuş işi üzrə təhqiqata başlayıb. Hazırlıq iclasında İmanov Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarının ləğvi haqqında qarşı iddia verib. Amma iddia qəbul edilməyib. İmanov bu qərardan əvvəlcə Gəncə Apellyasiya Məhkəməsinə, daha sonra Ali Məhkəməyə şikayət edib. Amma onun şikayətləri təmin edilməyib.

Bu il fevralın 14-də Gəncə İnzibati İqtisad Məhkəməsi işə baxışı bərpa edib. İmanov iclasda bildirib ki, indiyədək ona Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarının mətnini verməyiblər. O, bu sənədin surətinin təqdim edilməsini təmin etməyi xahiş edib.

İmanov həmçinin bildirib ki, Vəkillər Kollegiyasının Rəyasət Heyəti Vəkillər Kollegiyasının İntizam Komissiyasının qərarını dəyişdirib. Belə ki, İntizam Komissiyası 9 sentyabr 2017-ci il tarixli qərarında vəkilin intizam pozuntusuna yol vermədiyi barədə rəy verib. Amma bu rəy sonradan dəyişdirilib və məhkəməyə başqa rəy təqdim edilib. İmanov İK-nin ilk rəyinin istənilməsi, məhkəmədə onun araşdırılması və qanunu pozanlar barəsində xüsusi qərardad çıxarılması barədə vəsatət qaldırıb. O, həmçinin İK üzvlərinin məhkəmədə dindirilməsi barədə vəsatət qaldırıb. Amma məhkəmə vəkilin vəsatətlərini təmin etməyib.

Bir müddət əvvəl Beynəlxalq Vəkillər Assosiasiyasının İnsan Hüquqları İnstitutu İmanovun işindən kənarlaşdırılmasını pisləyib və hakimiyyəti onun hüquqlarını təmin etməyə çağırıb. İmanov bir çox məşhur siyasi məhbusların müdafiəçisi olub.