192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Bakıda yanğın: Yaralıların olduğu deyilir
2019-02-25 15:27:21

Bakının Yasamal rayonu Şəfayət Mehdiyev küçəsində hündürmərtəbəli binada yanğındır.

Yanğının hansı səbəbə baş verməsi hələlik, məlum deyil. Meydan TV-nin hadisə yerində olan əməkdaşının sözlərinə görə, yanğın 3-cü mərtəbədən başlayıb. Yüksələ-yüksələ yuxarılara doğru gedib:

“Az qala 21-ci mərtəbəyədək qalxıb. Ərazidə yanğınsöndürənlər, təcili tibbi yardım avtomobilləri və çoxlu polis var. Yaralıların və tüstüdən boğulanların olduğu bildirilir”.
Bina Lider TV və keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin inzibati binalarının arasındadır.