192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Hüseyn Abdullayevin həbs müddəti uzadılıb
2019-02-26 12:24:34

Fevralın 25-də Nəsimi Rayon Məhkəməsi parlamentin keçmiş deputatı Hüseyn Abdullayevin həbs müddətinin daha üç ay uzadılması ilə bağlı istintaqın təqdimatını təmin edib. Bu barədə məhkəmədən bildiriblər.

Müdafiə tərəfi ittihamı və iş üzrə istintaqın gedişini şərh etmir.

Keçmiş hökumətyönlü deputat Hüseyn Avbdullayev hakimiyyətlə münaqişədən sonra 2013-cü ildə Azərbaycandan gedib. Bundan sonra ona qarşı vergi ittihamı üzrə cinayət işi açılıb.

2018-ci il aprelin 22-də Almaniyadan Türkiyəyə gələrkən saxlanılıb və Türkiyədən Azərbaycana ekstradisiya edilib.

H.Abdullayev CM-in 192.2.2 (qanunsuz sahibkarlıq), 178.2.1 (dələduzluq), 178.2.2, 178.2.4, 182.2.1 (bir qrup şəxs ilə qabaqcadan əlbir olub hədə-qorxu ilə tələb etmə), 182.2.2 (həmin hərəkətlər təkrar törədildikdə) və 182.2.4 (həmin hərəkətlər zərərçəkənə külli miqdarda ziyan vurmaqla təkrar törədildikdə) maddələri ilə ittiham olunub.

Fevralın 1-də müttəhimin anası Zeynəb Abdullayeva prezident İlham Əliyevə müraciət edərək oğlu ilə bağlı humanizm və mərhəmət göstərməyi xahiş edib. O, özünün yaşlı olmasını, oğlunun səhhətində ciddi problemlərin olmasını nəzərə almağı xahiş edib