192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Müsavat Partiyası yürüş-mitinq keçirmək barədə qərar qəbul edib
2019-02-26 14:19:38

Müsavat Partiyası martın 10-da "Siyasi məhbuslara azadlıq!", "Sərbəst toplaşma azadlığı təmin edilsin!", "Aztəminatlı əhalinin kredit borcları dövlət tərəfindən ödənilsin!" və digər tələblərlə Süleyman Sani Axundov küçəsindən başlamaqla, "Dərnəgül" metrostansiyası yaxınlığındakı meydana qədər yürüş, sonda mitinq keçirilməsi ilə bağlı qərar qəbul edib.

Müsavat Partiyasının fevralın 25-də keçirilən divanı ölkədə sərbəst toplaşmaq azadlığı haqqında qanuna əməl olunmamasını, məhdud icazəli toplaşma imkanlarının aradan qaldırılmasını pisləyib.

Partiya yürüş-mitinq keçirilməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə xəbərdarlıq məktubu göndərəcək. Məlumatı Müsavat Partiyasının mətbuat xidməti yayıb.