192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Hərbi jurnalist Çingiz Mustafayev Xocalı haqqında izahat verir (video)
2019-02-26 15:41:44

 

Xocalı olayları haqqında bu videoda hərbi jurnalist Çingiz Mustafayev (Fuadoğlu) Azərbaycan Ali Sovet Komissiyasına bir şahid kimi gördüklərini təqdim edir.

“Mən ki, Ağdama gələndə xahiş etdim ki, keçim o biri tərəfə harada ki, faciyə baş verib. Dedilər ki, meyitlər yalnız Xocalıdadır və ermənilərlə danışıqlar aparılıb. Dedilər ki, Xocalı camaatından o donuz fermasında salamat adamlar da qalıb. Xocalı camaatı donuz fermasındadı. Hamısı gedib orada gizlənib.

Maşın xahiş elədim. Mənə dedilər ki, ora ayaq basmaq olmaz. Ermənilər oranı atəş altında saxlayırlar. Orada qırğındır. Həmin yerə güc bəlayla, xahişlə hərbi vertalyotlarla o tərəfə uçanda mən gözümlə görmüşəm ki, Xocalıdan 10 kilometr uzaqlıqda olan donuz fermasının yaxınlığında , postdan təxminən 700 metr uzaqlıqda olan yerlərdə 50-dən artıq meyitlərimiz səpələnib. Məni bügünə kimi dəhşətə gətirən odur ki, meyitlərin arasında bizimkilərdən 10 nəfər gəzişirdi. Onların çəkilişi məndə var. Sakitçə meyitlərin arasında gəzişirdilər. Mənə deyirdilər ki, ora getmək mümkün deyil, orada ermənilər var. Biz nəhayət vertalyotlarla gəlib ora düşən kimi nədənsə vertalyotların üçü də geri qayıtdı. Necə gəlmişdilər eləcə də qayıtdılar. Biz altı nəfərlə qaldıq orada.

-Hara getdilər?

-Ağdama getdilər. Onları maşın gözləyirdi. Biz ora düşəndən sonra, 45 dəqiqə çəkiliş etdik. Naxçıvanik qəsəbəsindən, avtomobil yolundan 25 metr o tərəfdə ermənilərlə dolu iki maşın keçdi. Onlar bizi gördü və necə oldu ki, onlar bizə güllə atmadı?.

Mən bugünəcən başa düşmürəm. Niyə bizim postdan 600-700 metr qırağda olan meyitlər arasında bizimkilərdən 10 nəfər sakit sakit gəzişirdilər. O meyitlər gətirildi, amma Xocalıda danışıqlar aparılanda nədənsə meyitlər dəyişildi. İcazə verməyiblər ora getməyə, guya orada ermənilərdi, guya ermənilər orada camaatı qırıb tökür. Nəbadə ora getmək olmaz.

Mən çox yerlərə müraciyət etmişəm. Yanvar faciyəsi, fevral faciyəsi və ümümiyətlə bütün faciyələr 5-6 il keçsə də komisiya tərəfindən eləcə də aşkar olunmayacaq. Bu faciyələri törədən qüvvə yenə də yeni faciyə hazırlayar. Azərbaycanda bu günə kimi heç bir xalqın faciyəsinin üstü açılmayıb.

-Bu çətin də açıla”.