192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
İran ətrafında son hadisələr Ermənistanı da narahat edir: Nikol Paşinyan qonşu ölkəyə qarşı ABŞ sanksiyaları barədə
2019-02-27 13:12:09

Ermənistan Respublikasının  Baş naziri Nikol Paşinyan  İranın “İRNA” dövlət agentliyinə vermiş müsahibəsində  İrana qarşı ABŞ  ağır sanksiyaları na toxunub, qeyd edərək ki, qonşu  ölkə ətrafında yaradılmış vəziyyət  Ermənistanı da narahat edir.

“İran  Ermənistanın vacib  tərəfdaşlarından biridir. Təbii ki, biz İran ətrafında baş verən bütün hadisələri izləyirik. Bildiyiniz kimi, 2015-ci ildə  Ermənistan  İranın nüvə proqramının qəbul edilməsini alqışlayan ilk ölkələrindən  idi, çünki  Ermənistan  regional  sabitlik və əməkdaşlıq baxımından imkanların açılması  vizionuna üstünlük verir. Təbii ki,  İranla bağlı son  hadisələr  bizi də narahat edir”- deyə ER  baş naziri deyib, qeyd edərək ki,  Ermənistan bütün tərəflərlə  dialoqu saxlayaraq,  balanslı siyasəti  aparmağa davam edir.

“Bu  şərtlərdə Ermənistan  sistemli çalışmağa, həm İran, həm də prosesdə iştirak edən digər tərəfləriylə  açıq dialoqu aparmağa davam edir. Bizi narahat edən problemləri, narahatlarımızı, bizim mövqeyimizi aydın şəkildə təsəvvür edirik.  Biz əminik ki, Ermənistanın konstruktiv yanaşması  yaradılmış  problemlərin həll axtarma kontekstində müsbət amil ola bilər”- deyə Nikol Paşinyan deyib.

Xatırladaq ki, ER Nikol Paşinyan və öz həyat yoldaşı bu gün rəsmi səfərlə İran İslam Respublikasına gedib.