192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
''Sputnik-Azərbaycan''ın redaktorunun Qarabağ mövzusuna görə işdən getdiyi bildirilir
2019-02-27 15:21:33

“Sputnik-Azərbaycan” saytının şef redaktoru Mətin Yaşaroğlu işindən ayrılıb.

Bu barədə “Facebook”da yayılan məlumatı Mətin Yaşaroğlu və saytın baş redaktoru Əziz Əliyev Meydan TV-yə təsdiqləyiblər.

Ancaq Mətin Yaşaroğlu səbəblər barədə danışmayacağını bildirib.

Əziz Əliyev də şərh verməyəcəyini söyləyib: “Moskva icazə verməsə, bu məsələyə şərh verməyəcəm”.

Sosial şəbkələrdə yayılan informasiyalarda və Meydan TV-ni məlumatlandıran mənbə bildirib ki, Mətin Yaşaroğlunun Qarabağ mövzusunda yazıları onun işdən çıxmasına səbəb olub: “Ona irad tutublar ki, yazılarını dayandır. Amma Mətin Yaşaroğlunun erməni bürosunun Qarabağı “Artsax” kimi yazdığını əsas gətirib və nə üçün qarşı tərəfə irad bildirilmədiyinin səbəbini sual edib. Bu, ona baha başa oturub. Onun uzaqlaşdırılmasında saytda əsasən Marqarita Simonyan xətti maraqlı olub və onlar da istəklərinə nail olublar”.

“Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı Meydan TV-yə bildirib ki, Mətin Yaşaroğlu əsil azərbaycanlı jurnalist olduğundan həmin saytda olduğu dövrdə Azərbaycan əleyhinə informasiya yayımlanmırdı. Əgər Mətin Yaşaroğlu məcbur olub işdən çıxıbsa, deməli, onu bezdiriblər: “Onun bu durumla qarşılaşmasına heyfslənmirəm, amma onun işsiz qalmayacağına inanıram”

Elçin Şıxlı hesab edir ki, “Sputnik-Azərbaycan” saytının Azərbaycanda fəaliyyəti dayandırılmalıdır. Çünki saytın rəhbəri ermənidir və Kremlin ən murdar təbəqəsinə işləyirlər: “Mənim bildiyimə görə Azərbaycan bürosunda çalışanlar yaxşı məvacib də almır. Saytda çalışanların təxminən 60-70 faizi “Zerkalo” qəzetindən gedənlərdir, onların millətə sevgilərinə, jurnalistika etikasına heç bir şübhə ola bilməz. Sadəcə, bizdə elə vəziyyət yaratdılar ki, rusdilli Azərbaycan informasiya resursunu bağladılar. Əvəzinə Moskvanın resursunu çıxmağına şərait yaratdılar”, - E.Şıxlı deyib.

“Sputnik” agentliyi Rusiyanın “RİA Novosti” agentliyinin beynəlxalq şöbəsinin bazasında 2014-cü ilin noyabrında yaradılıb. Agentlıyin baş redaktoru Marqarita Simonyandır.

Agentliyin 30 dildə saytı var. 2015-ci ildən Azərbaycanda fəaliyyət göstərməyə başlayıb.

Agentliyin Bakı da daxil olmaqla, dünyanın bir çox yerlərində nümayəndəlikləri və büroları var.

Qərb ekspertləri “Sputnik” agentliyinin Rusiyanın siyasətinin dünyada təbliğ edilməsi üçün yaradılmış media strukturu olduğunu deyirlər.