192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Repressiyaların zəifləməsi: görüntü, həqiqət, yoxsa hakimiyyətin taktiki gedişi?
2019-02-27 16:36:32

​​​​​Həbslərin statistikası

Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Tofiq Məmmədov fevralın 22-də 15 sutkalığa həbs olunub. Partiyanın digər üzvü Ayət İsmayılov Bakıda metro stansiyasının yaxınlığında döyülüb. 19 yanvar mitinqi ərəfəsində və sonra AXCP-nin 61-dən çox fəalı saxlanılıb. 41 nəfər inzibati həbsə məruz qalıb, 21 nəfər 200 manatdan 500 manatadək cərimə edilib.

Fevralın 21-də bastainfo.com saytının redaktoru Mustafa Hacıbəyli iki il sınaq müddəti olmaqla 5 il yarım müddətə azadlıqdan məhrum edilib. Buna səbəb Gəncədə baş vermiş kütləvi etiraz dalğası haqqında məqalənın məhkəmədə qarmaqarışıq ifadə verən iki qadını qorxutmasıdır. Amma təxminən iki il öncə onu narkotik maddə saxlamaq ittihamı ilə real həbsə alardılar.

Fevralın 19-da mülki geyimli şəxslər Milliyyətçi Gənclər Təşkilatının İdarə Heyətinin üzvü Zakir Kərimlini saxlayıblar. Yasamal Rayon Məhkəməsinin qərarı ilə 15 sutka həbs edilib.

Hakimiyyətin demokratik müxalifətin gənc fəallarına yeni təzyiq metodunun illüstrasiyası üçün başqa xarakterik nümunə: fəal Fatimə Mövlanlı ötən həftə Bakının mərkəzində ikinci təkbaşına piket keçirib. O, küçədə dayanaraq əlində kütləvi mitinqə icazə verilməsini tələb edən plakat qaldırıb. Polis Fatiməyə toxunmayıb, saxlamayıb, halbuki, onun inqilabi tərcümeyi-halında saxlamalar, polisdə zorakılıq hallarına məruz qalmalar yer alıb. Fevralın 26-da onun evinə gələrək Binəqədi rayon 4-cü polis bölməsinə aparıblar.

30 sutka həbs edilmiş fəal Rafael Hüseynzadə Binəqədi təcridxanasında saxlanılır. O, yanvarın 25-də siyasi məhbuslara azadlıq tələbilə keçirdiyi təkbaşına piket zamanı polisə tabe olmamaq ittihamı ilə mühakimə olunub. Bu, onun ikinci şəxsi piketi olub. Rafaelin atası da siyasi məhbusların azadlığa buraxılması tələbilə təkbaşına piket keçirib və buna görə inzibati həbsə məhkum edilib.

Fevralın 13-də Apellyasiya Məhkəməsi müxalifətçi Məmməd İbrahimin həbs müddətini bir ay, altı gün azaldıb. Siyasətçi üç il koloniyada olub və 2018-ci il sentyabrın 29-da azadlığa çıxmalıydı, lakin bıçaq saxlamaq ittihamı ilə yenidən mühakimə edilib.

Fevralın 18-də Bakı Apellyasiya Məhkəməsi fəal Telman Şirəliyevin həbs müddətini 5 ay 18 gündən 4 ay 13 günədək azaldıb.

Hakimiyyətin siyasi narazılığa reaksiyasını ümumiləşdirərək qeyd etmək olar ki, əvvəllər fəalların təqibi daha amansız idi. 2017-ci ilin aprelində bloger Mehman Qələndərov həbsxanada ölüb. O, iki dəfə plakat qaldıraraq təkbaşına piket keçirmişdi. Birinci dəfə polis ona xəbərdarlıq etmişdi, döymüşdü. Ancaq Mehman ikinci dəfə plakat götürüb küçəyə çıxmışdı. Onu yenidən həbs etmişdilər, ancaq Mehman həbsxanadan sağ çıxmadı.

NİDA Hərəkatının üzvləri Qiyas İbrahimli və Bayram Məmmədov 2016-ci il mayın 11-də Heydər Əliyevin abidəsinə siyasi şüarlar yazdıqdan sonra həbs olunublar. Lakin polisdə məruz qaldıqları ağır işgəncələrlə bağlı məhkəmədə bəyan etdikdən sonra onları narkotik maddənin qanunsuz dövriyyəsi ilə bağlı cinayətdə ittiham edərək 10 il azadlıqdan məhrum etdilər. Onların bəyanatları reaksiyasız qaldı.

Taktikanın dəyişməsi

Belə təsəvvür yaranır ki, Azərbaycan hakimiyyəti siyasi müxalifətə qarşı təqib taktikasını dəyişib. Hakimiyyət həbsxanalarda 150-yə yaxın siyasi məhbusun saxlanmasının nəticəsinin ağır olduğunu dərk etməyə başlayıb. Dərketmə həbsdə olan bloger Mehman Hüseynovun hakimiyyətlə münaqişəsinin dünyaya səs salmasından sonra baş verdi. 2018-ci il dekabrın 26-da o, cəza müddəti (2019-cu il martın əvvəlində bitir) bitdikdən sonra yenidən həbsdə qalması üçün irəli sürülən yeni saxta ittihama cavab olaraq həbsxanada aclığa başladı. Mehmanın aksiyası cəmiyyətdəki çoxillik səbri tükəndirdi. Həbsxanalarda, azadlıqda və ölkənin hüdudlarından kənarda olan Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda mübarizlər vətəndaşların hüquq və azadlıqlarının pozulmasına etiraz etdilər. Yanvarın 19-da Bakıda müxalifətin bir neçə ildə ən böyük mitinqi keçirildi.

Azərbaycanlı demokratların səsi ölkənin hüdudlarından kənarda eşidilməyə başladı. "2019-ci il yanvarın 17-də Avropa Parlamenti tərəfindən qəbul edilmiş "Azərbaycanda Mehman Hüseynovun işi" üzrə qətnamə Avropa demokratik ictimaiyyətinin Azərbaycanda qurulmuş diktaturaya qarşı çıxmasına parlaq nümunədir", - Azərbaycanda Siyasi Məhbusların Azadığı Uğrunda İttifaqın bəyanatında deyilir. Aİ və Azərbaycan arasında sazişin bağlanması sual altındadır", - bəyanatda qeyd olunub.

Hüquq müdafiəçiləri heyrətlənmir

Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı hakimiyyətin siyasətində yeni tendensiyaya toxunub. "Mən hakimiyyətin demokratikləşməsi barədə fikirlərdən uzağam. Ancaq hər halda o, ictimai rəy ilə hesablaşmağa məcburdur. Ola bilsin ki, M.İbrahimin və T.Şirəliyevin vaxtından əvvəl həbsdən buraxılmasının ardınca martda yeni əfv gözlənilsin və bu, siyasi məhbuslara da şamil edilsin. Düzdür, hakimiyyət eyni vaxtda müxalifətçilərə qarşı inzibati həbslər də həyata keçirir və zəifləməyə yol verməyəcəyinə işarə edir. Son ayda 35 nəfər inzibati qaydada həbs olunub.

Ancaq bütün bunlar qısamüddətli həbslərdir və onların qorxuducu effekti çox aşağıdır", - B.Süleymanlı "Kafkazskiy uzel"-ə bildirib. Onun fikrincə, "azadlıqların təminatı uğrunda aktiv vətəndaş hərəkatı olmasa" hakimiyyət strateji məsələlər üzrə dəyişikliklərə - məhkəmə hakimiyyətində islahatlar, demokratik seçkilərin keçirilməsi- getməyəcək.

Siyasi mühacirətdə olan (Oksford, İngiltərə) hüquq müdafiəçisi Leyla Əliyeva repressiv sanksiyaların zəiflədiyini düşünür, ancaq prosesi geriyə dönməz hesab etmir. "Hakimiyyətin reaksiyası demokratik müxalifətlə bağlı yeni daxili siyasətin nəticəsindən asılıdır. Hakimiyyətin, sadəcə, taktiki gedişə əl atmasını da istisna etmirəm", - L.Əliyeva Turan-ın sualının cavabında deyib.

Hüquq müdafiəçisi mümkün icazəsiz mitinqlərlə bağlı preventiv tədbir kimi inzibati mühakimələrin sayının artdığını qeyd edir. Repressiv orqanlar by yolla hələlik gənc radikallara mitinqə görə cəza ilə bağlı xəbərdarlıq edirlər.

L.Əliyeva repressiyaların zəifləməsinin Ermənistanda Paşinyan inqilabından irəli gəldiyini hesab etmir. "Ermənistan hadisələrinin Azərbaycanda yarada biləcəyi yeganə effekt İ.Əliyevin Dağlıq Qarabağla bağlı hərəkətidir, çünki dünyada onunla bağlı yaranmış fikir onu maraqlandırmır. İ.Əliyev Qərbə göstərmək istəyir ki, Azərbaycan xüsusi haldır, əgər o, hakimiyyətdən gedərsə, onun yerini islamçılar tutar və Azərbaycanı İrana çevirərlər. Qərb bu fikirlə razıdır, odur ki, çox şeyi ona keçir", - politoloq vurğulayıb.

Əsassız hökm

Qeyd edək ki, Mustafa Hacıbəyli barəsində çıxarılmış hökmü yumşaq hesab etmir və repressiyaların zəifləməsinin əlamətini görmür.

"Bilmirəm, cəzaların yumşaldılmasını harada görürsünüz? Mən əsassız yerə həbs olunmuşam. Hökmü mənim başımın üzərindən Damokl qılıncını asmaq, məni susmağa məcbur etmək üçün çıxarıblar. Prokurorluqda məni 11-12 saat dindirdilər, mənim saytım bloklanıb. Şərti cəzanı ona görə veriblər ki, Qarabağ müharibəsi əliliyəm və himayəmdə uşaqlar var. Ölkədən çıxışıma qadağa qoydular. Bunu yüngül hökm sayırsınız? Qanunsuz hökmün tam ləğvi üçün mübarizəni davam etdirəcəm", - M.Hacıbəyli deyib.

Kəmal Əli, Turan.