192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Məhkəmə Gədəbəy rayonun keçmiş icra başçısını və AXCP funksionerlərini həbsə məhkum edib
2019-02-28 14:18:57

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə Gədəbəy rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmovu (o Rusiya vətəndaşıdır) 7 il 3 il ay, AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmovu 4 il, bu partiyanın Nərimanov rayon şöbəsinin sədr əvəzi Babək Həsənovu 3 il həbsə məhkum edib. Məhkəmə AXCP Gənclər Komitəsinin Məclis sədri Ruslan Nəsirovu və Saleh Rüstəmovun qardaşı oğlu Vidadi Rüstəmlini şərti azadlığa buraxıb.

S.Rüstəmlinin qardaşı oğlu Vidadı Rüstəmli və AXCP Gənclər Komitəsinin üzvü Ruslan Nəsirli hər biri 6,8 il, Cinayət Məcəlləsinin 70-ci maddəsi (şərti məhkumetmə) tətbiq edilməklə 3 il sınaq müddəti şərtilə azadlığa buraxılıblar.

Dövlət ittihamçısı Saleh Rüstəmova 8 il, Babək Həsənov və Aqil Məhərrəmliyə 7 il 6 ay, Ruslan Nəsirli və Vidadi Rüstəmliyə şərti olmaqla 3 il 6 ay həbs istəmişdi.

AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmli, Gənclər Komitəsi Məclisinin sədri Ruslan Nəsirov və Nərimanov şöbəsinin sədri Babək Həsənov mayın 25-də saxlanıblar. AXCP fəallar ilə eyni cinayət işi üzrə təqsirləndirilən Gədəbəy rayonu İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmov isə daha əvvəl həbs edilib.

Onlarin saxlanılması ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyi (DİN) birgə məlumat da yayıb.

Həmin məlumata görə, AXCP funksionerləri və Saleh Rüstəmov çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunurlar.

Açıqlamada Saleh Rüstəmovun Rusiyadan AXCP-yə pul göndərdiyi, həbs edilmiş fəalların həmin vəsaitləri alıb partiya rəhbərinə çatdırdıqları bildirilir.

Onların haqqında Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və sair maddələriylə cinayət işi başlanb.

AXCP sədri Əli Kərimli ittihamı rədd edərək "qurama iş" adlandırıb. Bildirib ki, Saleh Rüstəmov ilə uzun illərdir dostdurlar. Dostu olaraq da bir neçə dəfə ona yardım edib.