192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Ərəb turistlərin Azərbaycana axını əhəmiyyətli dərəcədə azalıb
2019-02-28 17:23:52

Ərəb turistlərin Azərbaycana axını əhəmiyyətli dərəcədə azalıb. Son zamanlar turizmdən gələn gəlirlərin əsas hissəsi onların payına düşür. Hazırda axın azalıb, ümumilikdə götürdükdə ötən illə müqayisədə, bu il hotellərin cəmi 10-20 faizi dolub.

Bunu Media.Az-a verdiyi açıqlamada Azərbaycan Turizm Assosasiyasının (AzTA) sədri Nahid Bağırov bildirib.

Qeyd edək ki, 2019-cu ilin əvvəlində Azərbaycan Respublikasına 143 ölkənin vətəndaşı, daha dəqiq desək, 191,6 min xarici və ya vətəndaşlığı olmayan şəxs gəlib. Turist axınında ən böyük artım may ayında Misir (4,5 dəfə), Pakistan (2 dəfə), Türkmənistan (1,7 dəfə), Hindistan (1,4 dəfə) vətəndaşları arasında müşahidə olunub. 

Nahid Bağırovun sözlərinə görə, statistik məlumatlara əsasən, Rusiya vətəndaşları Azərbaycana gələn turistlər arasında birinci yerdədir. Ancaq bir məsələni anlamaq vacibdir ki, onların 95%-i əslən azərbaycanlı olan Rusiya vətəndaşlarıdır. İldə bir neçə dəfə doğma vətənlərinə gəlirlər.

“Onları əsl turistlər hesab etmək olmaz. Bizim ölkəyə real turist axını Körfəz ölkələrindən qaynaqlanıb. Biz turizm sahəsində aparılan yanlış siyasətə görə onları itirdik. Digər yandan, Gürcüstana turist axını isə əksinə, daha da artıb”, - deyə Bağırov bildirib  

AzTA rəhbəri hesab edir ki, turizm sahəsi hərtərəfli nəzarət və diqqətli yanaşma tələb edir. Söhbət yalnız marketinq və ya piardan getmir. Bu gün rəqib bazarların sayı-hesabı yoxdur, Azərbaycan rahatlaşsa, hər şey əldən çıxacaq.

“Ərəb turistlər bir çox ölkələr üçün dadlı tikədir. 2016-cı ildən 2018-ci ilin əvvəlinə kimi ölkəmiz inanılmaz nəticələrə nail olub. Körfəz ölkələrindən Azərbaycana nəhəng turist axını müşahidə olunub. Ancaq təəsüflər olsun ki, onu qoruyub-saxlaya bilmədik. Halbuki məhz ərəb turistlər Azərbaycanda daha böyük pullar xərcləyirdi. Avropalılar və MDB ölkələrindən olan turistlər onlar qədər pul xərcləmir”.

Onun sözlərinə görə, bu gün məhz bu istiqamətdə səyləri artırmaq vacibdir, belə ki, hotellər faktiki olaraq boş qalıb.