192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Sel Lənkəranı ağuşuna alıb, altı kənd su altında qalıb
2018-11-13 11:42:53

Azərbaycanın cənubunda Lənkəran rayonunda leysan yağışları nəticəsində Sağlaküçə, Türkəkəran, Bürcəli və Narbağı kəndlərində bəzi ərazilər yağış suları ilə dolub.

Bununla əlaqədar FHN qüvvələri qeyd edilən yaşayış məntəqələrinin evləri və həyətyanı sahələri su altında qalan 63 sakininin təxliyəsi üzrə tədbirlər həyata keçiriblər.

Lənkəran icra Hakimiyyəti başçısının 1-ci müavini, Rayon Fövqəladə Hallar Komissiyasının sədri Möhübbət Babayevin Sputnik Azərbaycan-a verdiyi məlumata əsasən, leysan yağışları, əsasən, rayonun dağlıq və dağətəyi ərazilərinə daha çox yağıb. Nəticədə su dağlıq ərazidən dağətəyi ərazilərdəki kəndlərin ərazisinə dolub.

Lənkəran Regional Hidrometeorologiya Müəssisəsinin direktoru Cavid Hüseynov Sputnik Azərbaycan-ın bölgə müxbirinə bildirib ki, yağan yağış aylıq normanın 60-70%-ni təşkil edir.

Oxu.Az-ın məlumatına görə, rayonun bəzi kəndlərində sakinlər çətin vəziyyətdə qalıb.

Rayonun Bürcəli, Şağla küçə, Narbağı kəndlərində su altında qalmış evlərdən 29 nəfər Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcimli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən təxliyyə olunub.

Xilas edilənlərin əksəriyyəti qocalar, qadınlar və uşaqlardır.