192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Azərbaycanın Finlandiya, İsveç və Norveç Krallıqlarındakı səfiri geri çağırıldı
2018-11-13 12:22:45

Prezident İlham Əliyev noyabrın 12-də Adış Məmmədovun Azərbaycanın İsveçdə, habelə Norveç və Finlandiyadakı səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.

Ötən cümə Norveç Azərbaycandakı səfirliyinin bağlanması və Gürcüstanda diplomatik missiyasının açılması haqqında qərar qəbul edib.

Bunun ardınca KİV-də Azərbaycanın cavab addımı olaraq İsveçdəki və eyni zamanda Norveç və Finlandiyada akkreditə olunmuş səfirliyini bağlayacağı haqqında məlumat yayılıb.

Hələ şənbə günü Azərbaycan XİN Norveç səfirliyinin bağlanması ilə bağlı təəssüfünü bildirib və Bakının İsveçdəki səfirliyini bağlamayacağını bəyan edib.

Amma Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri vəzifələrini yerinə yetirən Hikmət Hacıyev bildirib ki, Bakı heç də Norveçin səfirliyinin bağlanmasına təəssüf etmir.

"İstənilən ölkə xaricdə səfirliyinin açılması və ya bağlanması haqqında qərarı öz maraqlarından irəli gələrək qəbul edir. Norveç səfirliyinin fəaliyyətinin dayandırılması bu ölkə hökumətinin şəxsi işidir. Bu, adi haldır və bizdə təəssüf hissi doğurmur", deyə Hacıyev bildirib.

Bu zaman Hacıyev Norveçin Azərbaycandakı səfirliyinin və bu ölkənin keçmiş səfiri Steynar Gilin fəaliyyətini tənqid edib.