192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Rusiya Taleh Bağırzadə haqda mahnı oxuyan inanclını Azərbaycana verməkdən imtina etdi
2019-03-01 13:06:09

“İnterpol” xəttilə axtarışa verilən və 2017-ci ilin avqustunda Moskvada həbs olunan “Müsəlman Birliyi” Hərəkatının üzvü Taleh Orucovun Azərbaycana təhvil verilməsindən imtina olunub və o, sübut yetərsizliyi əsasıyla azadlığa buraxılıb. Bu barədə Meydan TV-yə hərəkatdan məlumat verilib.

T.Orucov Gəncənin sabiq icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsdə görə həbs olunan Yunis Səfərovla bağlı paylaşımlarına görə dövlət əleyhinə çağırışlarda ittiham edilərək, beynəlxalq axtarışa verilib. Rusiya Daxili İşlər Nazirliyi onu həbs edəndən sonra Azərbaycanın hüquq-mühafizə orqanlarına onunla bağlı sübutları təqdim etmək üçün 6 ay vaxt verilmişdi. Məhkəmə qərarıyla altı ay həbsdə saxlanılan T.Orucov bu müddətin tamamında – fevralın 27-də azadlığa buraxılıb.

T.Orucov həbs olunarkən onun yaxınları bildirmişdi ki, o, “Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırzadəyə rəğbətinə, xüsusən onun haqqında mahnısına görə cəzalandırılır.

2018-ci ilin əvvəlində sosial şəbəkələrdə, “youtube” kanalında T.Orucovun ilahiyyatçı barədə mahnısı yayılıb. Mahnıda T.Bağırzadə haqqında müsbət fikirlər səslənir, onun ölkədə zülmə, haqsızlığa qarşı mübarizə apardığı vurğulanır.

Gəncədə icra başçısının güllələnməsindən bir neçə gün sonra ona qarşı sui-qəsddə ittiham olunan Yunis Səfərovun fotoları yayıldı. Fotolarda Y.Səfərovun üzərində zorakılıq izləri görünürdü. T.Orucov da həmin fotoları paylaşaraq, Y.Səfərova işgəncə verilməsini pisləyən fikirlər yazıb.