192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Jurnalist Elmar Hüseynovu anım aksiyası
2019-03-01 14:25:08

"Monitor" jurnalının redaktoru Elmar Hüseynovun qətlə yetirilməsinin 14-ci ildönümü ilə əlaqədar anım aksiyası martın 2-də saat 11:00-da onun məzarının önündə olacaq. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) məlumatında bildirilir.

Jurnalist təşkilatı ictimaiyyət və media nümayəndələrini, Azərbaycanda söz azadlığının taleyinə biganə olmayan vətəndaşları aksiyada iştiraka çağırır.

Elmar Hüseynov parlaq siyasi məzmunu ilə seçilən və siyasi sistemi, hakimiyyətin korrupsiyasını, insan hüquqlarının pozulmasını tənqid edən media-layihələrin rəhbəri olub. Uzun illər öz yazılarına görə təzyiqlərə və təqiblərə məruz qalıb.

2005-ci il martın 2-də öz evinin qarşısında öldürülüb. Onun qətlə yetirilməsindən 14 il keçir, lakin qətlin sifarişçiləri və icraçıları hələ də tapılmayıb. Azərbaycan hakimiyyəti qətldə şübhəli bilinən şəxslərin adlarını açıqlayıblar, ancaq onların Gürcüstandan Azərbaycana gətirilməsi ilə bağlı heç bir tədbir həyata keçirməyiblər.