192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Məhkəmə martın 4-də Nərmin Şahmarzadə işi ilə bağlı qərarı elan edəcək
2019-03-01 15:37:36

Bakı Apellyasiya Məhkəməsində Mübariz İbrahimovu tənqid edən psixoloq Nərmin Şahmarzadə barəsində Xətai rayon Məhkəməsinin qərarından verilən apellyasiya şikayəti üzrə məhkəmə başlayıb.

Bu barədə Oxu.Az-a vəkil Ramil Rüstəmov məlumat verib.

Onun sözlərinə görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə apellyasiya şikayətinin dəlilləri araşdırılıb.

Vəkil deyib ki, məhkəmə martın 4-də işlə bağlı qərarı elan edəcək:

“Yəqin ki, bizim şikayətimiz baxılması üçün yenidən Xətai Rayon Məhkəməsinə göndəriləcək”.

Qeyd edək ki, N.Şahmarzadə ilə bağlı Xətai rayon Məhkəməsinə müraciət edilsə də, məhkəmə işə baxmaqdan imtina etmişdi.

Nərmin Şahmarzadəyə qarşı Mübariz İbrahimovu tənqid etdiyi üçün CM-nin 147-ci (böhtan) maddəsi ilə şikayət verilib.

Şikayətə vəkil Ramil Rüstəmovla yanaşı, Fövqəladə Hallar Nazirliyinin mayoru, doqquz qat dünya, üç qat Avropa çempionu, Muay-tay və Tayboksinq Federasiyalarının vitse-prezidenti, əməkdar və beynəlxalq dərəcəli idman ustası Araz Musayev də qoşulub.