192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Fəxrəddin Abbasov Moskvada yoxa çıxıb
2019-03-01 16:04:40

Fevralın 27-də Moskva vilayətinin Lyubertsı şəhərinin istintaq təcridxanasından Azərbaycan hakimiyyəti tərəfindən axtarışda olan Fəxrəddin Abbasov yoxa çıxıb.

Amnesty İnternational-ın məlumatına görə, fevralın 27-də hüquq-mühafizə orqanlarının hansısa əməkdaşları istintaq təcridxanasına gəliblər və Baş Prokurorluğun Abbasovu azad etmək barədə rəsmi məktubunu təqdim ediblər. Onlar müxalifətçini özləri ilə aparıblar. Bu zaman onun şəxsi əşyaları təcridxanada qalıb.

Fevralın 28-də saat 15:00-da Abbasovun işi üzrə məhkəmə iclası keçirilməl idi. Məhkəmə onun yoxa çıxması ilə əlaqədar iclası martın 18-nə təxirə salıb. Hazırda Abbasovun harada olduğu məlum deyil, deyə Amnesty İnternational-ın məlumatında bildirilir.

Hüquq müdafiəçiləri hesab edirlər ki, Abbasov Azərbaycana təhvil verilmiş ola bilər.