192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Bakı və Sumqayit qırğınları Azərbaycanda dövlət tərəfindən idarə olunan anti-erməni təbliğatın ilk təzahürü kimi
2019-03-01 12:55:06

Sovet Azərbaycanda  1988-ci ildən bəri ən başdan millətçi və siyasi islamın ideyaları ətrafında formalaşdırılmış  ictimai hərəkat  indiki  “Azərbaycan kimliyi”-nin formalaşdırılmasının vacib  komponentlərindəndir. Həm millətçi, həm siyasi  islam idealogiyasının əsasında  “qərib”, “kafir”, “düşmən”-in  ideyaları düşür: hərəkatın ilkin mərhələsində  də aydın görünür ki, bu  “erməni” (hay) kimliyinə qarşı yönəlmişdir.  Bu ayrı-seçkilik  milli nifrətçilik əsasında törədilmiş qırğınlarına  gətirib: 1988-ci il fevralında Sumqayitdə (film), noyabrda Kirovabadda (Gencə) və 1990-cı ildə Bakıda, eləcə də  Azərbaycanın digər daha kiçik  miqyasda erməni yaşayış ərazilərində.

Nəhayət, bu  Azərbaycanda “erməni” kimliyinə qarşı dövlət səviyyəsində həyata keçirilən  nifrət  təbliğatına  çevrilmişdir və  bu nifrət Azərbaycanda “azərbaycanlı” kimliyinin mühüm komponenti kimi çıxış edir. 1988-ci il noyabrın 17-dən dekabrın 5-dək Bakıda  keçirilmiş mitinqlərin  nəticəsində   başlanmış “Milli oyanış” hərəkatının  əsasında   “Azərbaycan millətçiliyi” və siyasi islam idi:  mitinqin çoxsaylı  sənədli filmləri bunu sübut edir.

O zamandan bəri  “erməni” kimliyinə qarşı  nifrətin təbliğatı həm  ictimai tədbirlər və mitinqlər zamanı, həm də  mediada  geniş  yayılmışdır və bu günə qədər davam edir. Xüsusən,  Azərbaycan mediyasında indi nifrət nitqi və  milli   nifrət yaradan  təbliğat  materialların dərci  çox böyük miqdardadır, hansı da  maliyyələşdirilir və  təşviq edilir və Azərbaycan dövləti tərəfindən hər hansı bir şəkildə məhdudlaşdırılmır.


Yuxarıda göstərilənlər əsasında yekunlaşa bilərik ki, mitinqlər  kimliyin formalaşdırılmasının mühüm komponentidir, çünki  mitinqlər zamanı insanların kollektiv hərəkətlərinin instinktləri daha kəskindir. Buna görə, mitinqlərdə olan “mühit”-in anlayışı və onların izdihama təsirini  hər hansı bir şəkildə ölçmək vasitəsilə  ictimaiyyətdə  mövcud dinamika barədə  ümumi  bir şəkil  təşkil edə bilər. 
1988-ci ildə Sumqayitdə və 1990-cı ildə Bakıda mitinqlərdən sonra millətçilik, islam ekstremizmlə yönəldilmiş  insanların  böyük izdihamı, ümumiliklə ayrı-seçkiliyin təzəhürləri göstərərək, milli nifrətçiliyin əsasında ermənilərə qarşı  cinayətlər, zorakılıq, işgəncələr törədib. 
Bakıda ermənilərin kütləvi qırğınları  təxminən 1990-cı il yanvarın 30-da  baş vermiş mitinqdən sonra böyük sürətlə başlandı. Qeyd edilmiş mitinqdə  səsləndirilmiş  çıxışlardan  “Azərbaycan Xalq  Cəbhəsi”-nin  rəhbəri, Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibeyin və “Azad Dindarlar Cəmiyyəti”-nin  nümayənədsinin çıxışını (video) ayrıla bilər. Onalar  müvafiq olaraq ayrı-seçkilik təbliğatının, millətçilik və siyasi islamın komponentləri əhatə edir. Qeyd etmək lazımdır ki, “Azad Dindarlar Cəmiyyəti”  əsasında  1991-ci ildə Nardaranda  “Azərbaycan İslam Partiyası” yaradılıb, hansı  da DQ  münaqişəsi məsələsində  aqressiv davranış  göstərib və ermənilərə qarşı  nifrət təbliğatı  həyata keçirib.

 
Millətçi  çağırışlar:  Mitinq  zamanı  Əbülfəz Elçibey   Azərbaycan Xalq Cəbhə partiyasının  tələbləri təqdim edir, odur ki, SSRİ-dən çıxmaq üçün referendumun keçirilməsi, Ermənistanla  bütün münasibətlərinin pozulması və DQMV-ın sökülməsi. Xüsusilə,  “Ermənistan ilə bütün münasibətlərin  kəsilməsi” hissəsi  toplananlar tərəfindən böyük  çoşğuyla qəbul edilir və öz növbəsində  toplananların anti-erməni mövqeyini, yəni  ermənilər və ermənilərlə   əlaqəli hər hansı  fenomenə qarşı  aqressiv ayrı-seçkiliyin olduğunu sübüt edir. 

Əlbəttə, bütün bunlar “Qarabağı saxlamaq” ideyasının ətrafında dönür: xüsusilə Əbülfəz Elçibey öz sözündə qeyd edir: “Xalqın fikri özümüzə qarşı deyil,  düşmənə qarşı yönəltməliyik. Yeganə məsələ Qarabağ məsələsidir. Yeganə məsələ bizim sərhədlərimizin  möhkəmliyidir. .... bundan sonra  ordu yaratmalıyıq və sərhədlərimizi sonsuza qədər  xilas etməliyik. O toplananlara  Bakının saktliyi üçün böyük mitinqlər keçirməməyə və binalara qarşı hücumların qarşısını almamağa çağırır, amma  toplananlar bu “sakitliyin  çağırışlarına” cavab olaraq “bəs ermənilər”, “bəs burada yaşayan ermənilər” qışqırdılar.  Toplanmış insanlar tərəfindən bu cür reaksiyalardan yekunlaşa bilərik ki,  onlar  gərgin psixoloji  vəziyyətdə idi və artıq  isə səsləndirilmiş  ayrı-seçkilik çağırışlarından sonra, sakit olmaq və qəzəblənməmək çağırışları daha pis təsir edəcəkdi. 
Yuxarıda göstərilənlərə əsasən  vurğulana bilər ki, toplananlar üçün  həmin mərhələdə  artıq “biz” və “onlar”  ayırılmalar aydınlaşdırılmışdı və Ə. Elçibey  tərəfindən “düşmən” sözünün istifadəsi  çox aydın şəkildə ermənilər barədədir, hansı da  ilk növbədə  kəskin şəkildə Bakıdakı ermənilərə qarşı yönəldilir. 


Siyasi islam: Azərbaycanın Xalq Cəbhə Partiyasının “Azad Dindarlar Cəmiyyəti”  nümayəndəsinin çıxışı siyasi islamın  çıxışının  nümunə kimi  qəbul edilə bilər, çünki  nitqdə  islam və sufi  ideyalarından istifadə edilir, dinləyici verbal  manipulyasiyaların (Təsəvvüf ideyaları) vasitəsilə  trans vəziyyətinə düşür və “kafirlərə, xaçpərhəstə qarşı  mübarizə”  siyasi mesajlar səsləndirilir, hansı da panislamizmin elementlərini ehtiva edir. Onun sözlərində   ölüm dəhşətinin istisnasının mistik təsvirini ayrıla bilər: “beş yaşında ya da 100-də olsa, Allaha qayıdacaqlar”,  yəni  insanın nə vaxt ölməsini vacib deyildir. 
O, mübarizəyə çağırır: “Mən  xalqı ayağa qaldıracağam və bütün dünya  onu  qırmaq üçün toplayacaq, amma  qıra bilməyəcək, çünki  bu xalqı Allah ayağa qaldırıb. Çıxışda aydın şəkildə hərəkatına kömək etmək, “xaçpərəstlərdən” və “diktatorlardan” qorxmamaq  barədə siyasi çağırışlar səsləndirilir. Eyni zamanda  onun nitqində xristianlara qarşı ayrı-seçkiliyini qeyd etmək lazımdır. O toplananları inandırır ki,  bütün islam  dünyası  onlarladır və xüsusən qeyd edir: “bizə , müsəlman xalqımıza  zalımlar təzyiqə göstərir”.

Beləliklə, yekunlaşa bilərik ki, erməni kimliyinə qarşı yönəlmiş Azərbaycan cəmiyyətində mövcud   ayrı-seçkilik münasibət, Azərbaycan millətçilyi və siyasi islam ən azı 1988-ci ildən bəri həyata keçirilən  mitinqlər və digər  ictimai dinamikaların nəticəsində  geniş yayılmışdır. 
Gələcək illərdə, artıq SSRİ-dən müstəqil olan Azərbaycan hakimiyyəti  eyni siyasəti davam edib və 2004-cü ildə Budapeştdə erməni zabitini öldürən qətlçinin qəhrəmanlaşdırılması, 2016-cı il aprelində Artsax ilə müharibədə cinayətləri törətmiş Azərbaycan SQ hərbçilərinin qəhrəmanlaşdırılması  və digər bənzər təzahürlər bunu sübut edir.