192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Mirtağı Əsədovun saxlanmasının arxasında nə durur?
2018-11-13 13:31:55

Azərbaycanın hüquq-mühafizə orqanları noyabrın 10-da din xadimi Mirtağı Əsədovun saxlanmasını hələlik şərh etmirlər. Qeyri-rəsmi məlumatlara görə, o, Gürcüstanda fəaliyyət göstərən və şiələrin maraqlarını təmsil edən "Gürcüstan müsəlmanlarının ali idarəsi" dini birliyinin lideridir.

2011-ci ilədək Gürcüstan müsəlmanları ilə işi şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyilə Qafqaz Müsəlmanları İdarəsi (QMİ: mənzil-qərargahı Bakıda olmaqla) həyata keçirib. Gürcüstanda QMİ-nin nümayəndəliyi oub.

2011-c ildən Gürcüstanda dini birliklər haqqında qanunun qəbulundan sonra bir neçə islam təşkilatı qeydiyyata alınıb: Gürcüstan Müsəlmanları İdarəsi, Gürcüstan Müsəlmanları Birliyi, Gürcüstan Müsəlmanları İttifaqı, Gürcüstan Müsəlmanları Ali Dini İdarəsi, QMİ-nin Gürcüstan nümayəndəliyi.

Beləliklə, Gürcüstan hakimiyyəti QMİ-nin Gürcüstan müsəlmanları üzərində birbaşa idarəçiliyini alaraq Azərbaycandan təsiri minimuma endirdi.

2011-ci ilin mayında QMİ Gürcüstanda Müsəlmanlar İdarəsinin yaradılmasını pisləyib. "Gürcüstanda bu təşkilatın yaradılması həmin ölkədə yaşayan müsəlmanların Azərbaycandan qoparılması məqsədi daşıyır", - şeyxülislam Allahşükür Paşazadə deyib.

2016-cı ilin fevralında Gürcüstan Müsəlmanlarının Ali Dini İdarəsinə rəhbərlik edən Mirtağı Əsədov Gürcüstanda imam Əli adına "Elm şəhəri" Universitetinin açılacağını bildirib. O, İranın Arannews" agentliyinə bildirib ki, universitet rəsmi icazə alıb, orada islam dini tədris olunacaq, məzunlara isə sertifikatlar veriləcək.

Lakin universitet yaradılmadı, Gürcüstan Müsəlmanlarının Ali Dini İdarəsinin fəaliyyəti isə bu ölkə KİV-də ancaq bu məlumatla məhdudlaşır. İndiyədək bu təşkilatın adı xəbərlərdə çəkilmir. Gürcüstanda icitmai tədbirlərdə iştirak edən fəal təşkilat kimi Gürcüstan Müsəlmanları İdrəsinin adı çəkilir.

İstisna deyil ki, M.Əsədovun həbsi Bakıda, eləcə də Tbilisidə Gürcüstan Müsəlmanlarının Ali Dini İdarəsinin fəaliyyətinin arzuolunmaz kimi qiymətləndirilməsi ilə bağlı ola bilər.