192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
“Bu təşkil edilmiş soyqırımdı, 1915-ci ilin davamı, eyni əl yazması...”: Julieta Yeremyants
2019-03-01 14:07:44

1988-ci il fevral ayında Azərbaycanda ermənilərə qarşı təhrik edilmiş qırğınların faciəli nəticələri oldu. Sumqayıtda 27-29 fevralda “ermənilərə ölüm” şüarları ilə keçirilmiş pogromlarda bir çox insan dünyasını dəyişdi, lakin faciəli hadisələrdən başqa, insan ruhunun qələbələri də qeyd olundu və bunlar sübut etdi ki, insan birliyi vəhşiliyə qalib gələ biləcəkdir.

Sumqayıt hadisələrinə paralel olaraq azərbaycanlı qırğın törədənlər həmçinin Kirovabad (Gandzak) şəhərinə hücum etdilər, lakin ermənilərin birliyi və çətin vəziyyətdə birləşmək qabiliyyəti qalib gəldi və qaçınılmaz olayların qarşısını alma imkanı verdi.

Bu təşkil edilmiş soyqırımdı, 1915-ci ilin davamı, eyni əl yazması...”, - deyə Kirovabadda aktiv mübarizə aparan 83 yaşlı Julieta Yeremyants olanları xatırlayır. O qeyd edir ki, “...130 il də keçsə, bu unudulmazdır. Bu bağışlama məsələsi deyil”.

Julieta xanımın sözlərinə görə, Kirovabad mədəniyyət və inkişaf baxımından Azərbaycanın ikinci şəhəri idi. Ermənilər və azərbaycanlılar arasında toqquşmalar olurmuş, lakin ata Əliyev hakimiyyətə gələndən əvvəl ermənilər normal yaşayırdı və yüksək vəzifələrində çalışırdılar. Yeremyantslar ailəsinin Kirovabadda 100 illik yaşama tarixi vardı. Yerli qəbiristanlıqda 15-16-cı əsrlərdən qalan erməni məzarlar olsa belə, ermənilərə “Gəlmə” adlandırırdılar.

“Əliyev hakimiyyətə gələndən sonra, bütün vəzifələr azərbaycanlılara verilirdi. O vaxt ermənilər getməyə başladı. Miqrasiya ziyalıların böyük bir hissəsindən başlandı, lakin kütləvi deyildi və 80-ci illərdə Kirovabadda 43 min erməni yaşayırdı”,-deyə Julieta xanım əlavə edir:

“Gərginlik vardı, amma elə bir şeyin olmasını gözləmirdik. Fevralın 27-dən hücumlar başladı. Şəhəri sudan, işiqdən kəsdilər. Xarici düniya ilə əlaqəmiz yoxdu. Bizi təcrid etdilər. Biz Sumqayıtda nələr baş verdiyini bilmirdik. Biz Sumqayıt haqqında yalnız martın 3-də xəbər aldıq. Bilmirdik. Bütün mağazalar bağlandı, erməni mağazalarına qida gətirilmirdi.

Şəhər Gəncəçayla iki hissəyə bölünürdü. Bir qismində ermənilər, digərində isə, azərbaycanlılar yaşayırdı. Erməni məhəlləsində hamımız bir-biri ilə bağlı idiq. Gəncəçay üstündə 3 körpü keçirdi və məhz bu körpülərlə də erməni məhəlləsinə hücum etdilər. Biz gözləmirdik. Gözlənilməzdi.

İndiyə qədər xatırlayıram ki, bundan əvvəl qara paltolu iki gənc erməni məhəlləsində ev-evə erməni kişiləri sayırdılar. Deyirdilər ki, siyahıyaalmadır, lakin yalnız kişilərmi siyahıya alınırdı? Onlar belə bir əmri aldıqlarını söyləyirdilər. Sonra aydın olub ki, ermənilərin evlərinə işarə qoymuşdular. Bizim erməni gənclərimiz də gecə qalxıb bütün evlərə işarələr qoydular. Gəl də kimin erməni, kimin türk evi olduğunu anla.

Hücum başlandı. Körpülərlə gəlirdilər və artıq erməni evlərinin və mağazaların yerini bilirdilər. Hər şeyi məhv etdilər, lakin itkimiz olmadı. Yalnız bir nəfər həlak oldu. O da yanğınsöndürmə maşınının sürücüsü idi. Onun azərbaycanlı olduğunu bilmədilər. O, hücumun qarşısını su ilə almaq istəmişdi, öldürmüşdülər. O günümüz belə keçdi.

Bizi müdafiə edən yoxdu. Dərhal birləşib şurasmızı yaratdıq. 30 nəfərlə “Erməniləri müdafiə etmə təşəbbüs qrupu”-nu yaradıq. Hücum 3 gün sürdü. Fevralın 27-dən 29-dək. Bir çox zərər verildi, lakin qırğın olmadı çünki, biz hazırlanmışdıq. Biz də onlara cavab verirdik. Kırmızı kənddən gənclərimiz vardı ki, məhhəlləyə təhlükə olsaydı, qaz borularına vururdu və biz hiss edirdik ki, bizə bir şeylər gözləyir. Düşünmürdük ki, kütləvi olacaqdı. Düşünürdük ki, Sovet ittifaqıdır, xuliqanlıq etdilər, lakin aradan qaldıracaqlar. Lakin Xeyr”.

Julieta xanım xatırlayır ki, erməniləri müdafiə etmək üçün erməni məhəlləsinə hərbi çastlardan yalnız 27 fevralda tanklar gəldi. “Mənim çalışdığım məktəbdə hər gün toplantılar olurdu. Qorbaçova məktub yazmamızı tələb edirdilər, guya biz Qarabağın Azərbaycan tərkibindən çıxmasını istəmirik. Biz isə, axmaq deyildik, məktubları qohumlarımıza göndərib, qeydləri onlara göstərirdik. Görüşlərdən birində dedilər ki, xuliqanların işidir, dövlətin əlaqəsi yox, lakin bu izdihamı institutların rəhbərləri və polis idarə edirdi.

Martın 1-də məktəb direktoru zəng etdi və dərhal məktəbə çağırdı. Dedi ki, Yerevandan jurnalistlər gəldilər və məndən müsahibə alacaqlar. “Vəziyyəti qızışdırmayın” dedi. Mən də cavab verdim ki, onlar erməni məhəlləsinə giər girməz hər şey başa düşəcəklər, çünki hər şey dağıdılmışdı. Məni azərbaycanlıların məhəlləsindəki məktəbə götürdülər ki, jurnalistlər məhəlləmizə girməsinlər. Erməni jurnalist Edixanyan məndən nə baş verdiyini soruşub. Mən də dedim ki, ruhumla Vardan Mamikonyandım, lakin bu gün bir xain kimi çıxış edəcəyəm. Vardan Mamikonyan ola bilmirəm, Bu gün Vasak olacağam. Söylədim ki, gecə gənclərimiz yanğ yandırıb, öz ailələrini müdafiə edirlər, lakin məktəbdəkilər dərhal nə danışdıqlarımı soruşdular.

Və mən bir Vasak kimi danışdım. Millətlərin dostluğu, Xaçatur Abovyan, Səməd Vurğun...Dedim ki, atam Maxaçkalada müharibədə həlak oldu və bir azərbaycanlı ilə dəfn edildi. Dostluqdu, lakin düşmənliyə çəvirildi. Müsahibədən sonra jurnalistləri yola saldılar ki görmə imkanımız olmasın.

Sumqayıtda baş verənlər haqqında yalnız martın 3-də xəbər aldıq. Bu bir soyqırımdı, lakin 33-ün adını verirlər. Yenidoğan uşağı ocaqda yandırdılar, qadınları, qızları zorlayıb öldürürdülər. Melkumyanların ailəsini tamamilə qətlə yetirdilər. Qızının məyidini axtaran atanı morq kimi bir yerə götürdülər, orada qızın məyidi 328-ci idi. Lakin bütün bu hələ də davam olunmaqda idi. Həlak olanları dənizə atırdılar. Hamı 1915-ci ildə baş verənlərdi. Sumqayıt qırğınları soyqırımdır. Moskva yalnız 3 gün sonra qoşunlarını göndərdi, lakin o vaxt erməniləri artıq qətlə yetirmişdilər.

Bütün bunlar haqqında xəbər alandaan sonra, başa düşdüq ki, biz yaxşı qurtulmuşuq. Artıq nə baş verdiyini hiss edirdik. Sovet ittifaqına ümid bəsləmirdik. İşə getməmiz təhlükəli idi. İşdən qovurdular. Vəziyyət gərginləşdi. Açıq-aydın müharibə yoxdu, lakin biz bunun təhlükəli bir pauza olduğunu hiss edirdik. Noyabrın 20-də daha təşkil edişmiş və silahlı hücumlara başladılar. Artıq açıq bir müharibəydi.

Mişa adı, 40 yaşlı erməni vardı, azərbaycanlıların məhəlləsində yaşayırdı. Ailəsini qaçırmışdı ki, uşaqlara bir şey olmasın. O evə qaytaranda evi talan edilmiş və türklərlə dolu gördü. Ona hücum etdikdən sonra, qonşusu təcili yardım çağırdı, amma onun başını məhz acil yardım maşınında kəsdilər. Erməniləri xəstəxanalardan küşələrə çıxarırdılar. Bu təşkil edilmiş soyqırımdı. 1915-in davam idi. Eyni əl yazması. Vəziyyət gərginləşdi. İtkilər oldu. Kilsəmiz bizim xəstəxanamız oldu. Kilsə yanında bir məktəb vardı, onu xəsətəxanaya çəvirdik. Könüllü olaraq orada işləyirdik, heç bir azərbaycanlı yoxdu. İki rus vardı.

Ermənilər getməyə başladı. Uşaqları qurtarmaq üçün Kirovabaddan getdilər. Bu kütləvi idi. Heç nə edə bilmirdik. 56 itkin düşmüş vardı. Onlar yoxdur, həlak oldular. Gecə erməni qəbiristanlıqda dəfnlər olurdu, ölmüşləri dəfn edirlərdi ki, biz bilməsək. Çayın digər tərəfində psixiatrik xəstəxanamız vardı. Orada ermənilər vardı. Onları sağ-sağ dəfn etdilər”.

Bu vəziyyətdə belə Julieta xanım geri çəkilmədi və çəkilmir. İndiyədək öz səsini hər yerdə qaldırır. “16 yaşlı oğlum gedib erməni məzarlarını dəftərdə yazırdı. Qədim 15-16-cı əsrlərdən qalan erməni məzarlarını qeydə alırdı. Deyirdi “ana, gec-tez bir şeylərin olmasını bilərəm, bizə “gəlmə” adlandırırlar. Sübut etməyək ki, Gandzak erməni şəhəri idi”.

Mən böyük bir vətənpərvərəm, lakin vətəni oarada buraxdıq. Biz “gəlmə” olduq, onlar daimi yaşayan. Ümid edirəm ki, mən olmasam da, nəvələrim oraya gedəcəklər.

Kinlər həmişə olub və qalacaqdır. Andranik adlı şaqirdim vardı. Türklər onu hər gün döyürdülər. Bu əfvedilməzdir. Kyaramın, Qurgenin başını kəsənləri necə əfv edə bilərəm? Elə şeylər var ki, əfv edə bilmirsən. Onlarla dostluq elə ancaq, çomağı yerə qoyma. Onlar həmişə arxadan zərbə verə bilərlər. Həyat ən böyük məktəbidir. Həyat bir mübarizədir və danmadan onu sonuna çatdırmalısan”.

Gandzaklıların göstərdiyi qəhrəmanlıq sayəsində oradakı erməni əhalisi qırğınlardan özünü qurtardı, qonşu erməni kəndlərindən isə, əhali təhlükəsiz şəkildə Ermənistana və Artsaxa gedə bildi.

Armenpress.am