192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Saleh Rüstəmlinin qohumlarının bütün əmlakları alındı, hətta ata-baba evi də…
2019-03-01 17:58:55

Gədəbəy rayonunun keçmiş icra başçısı, AXCP-yə maliyyə yardımında ittiham olunan Saleh Rüstəmlinin bacı-qardaşlarına məxsus xeyli əmlak müsadirə olunub. Müsadirə edilənlər arasında onların Gədəbəydə ata yurdu olan ev də var. Bu barədə Meydan TV-yə S.Rüstəmli və daha dörd nəfərin - qardaşı oğlu Vidadi Rüstəmli, AXCP-nin Nərimanov şöbəsinin sədri Babək Həsənov, Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmli və Gənclər Komitəsinin üzvü Ruslan Nəsirlinin işi üzrə müdafiə prosesində iştirak etmiş vəkillərdən biri məlumat verib.

Vəkil bildirib ki, məhkəmənin hökmüylə S.Rüstəmlinin bacı və qardaşları, onların ailələri evləri, ticarət obyektləri əllərindən alınıb:

“Həmin əmlakların üzərinə S.Rüstəmlinin həbsindən az sonra - Nəsimi Rayon Məhkəməsinin 7 iyun 2018-ci il tarixli qərarı ilə həbs qoyulmuşdu. Bakı Ağır Cinayətlər Məhkəməsi o əmlakların hamısını müsadirə elədi”.

Əmlakların müsadirəsi barədə qərarın absurd olduğunu deyən vəkilin sözlərinə görə, hökmdə Bakıda Zahid Xəlilov küçəsi 125 ünvanındakı, 39 saylı mənzil Saleh Rüstəmlinin əmlakı kimi qələmə verilərək, müsadirə olunub: “Amma o mənzilin Saleh Rüstəmliyə aidiyyəti yoxdur. Yaxud da adamların Gədəbəydə ata-baba mülkləri olan evlərini müsadirə ediblər. Gədəbəydə Nizami küçəsi 71 ünvanındakı ev onların ata evidir, onu da müsadirə eləyiblər. Saleh Rüstəmlinin bacısının, onun qızının, qardaşlarının, onların həyat yoldaşlarının mülkiyyətində, istifadəsində olan bütün əmlakları müsadirə ediblər. Adamları faktiki ev-eşiksiz qoyublar”.

Vəkil bildirib ki, qanuna görə, ancaq cinayət yolu ilə əldə edilmiş vəsait hesabına alınan, yaxud cinayət predmeti olan əmlaklar müsadirə edilə bilər. Bu işdə isə bu halların heç biri yoxdur: “Bu, mülkiyyətin toxunulmazlığı hüququnu ayaqlar altına atmaqdır. Lap tutaq ki, Saleh Rüstəmli Əli Kərimliyə pul göndərib və onu buna görə cəzaladırırlar. Bunun onun bacı-qardaşına, onların övladlarına nə aidiyyəti var ki, bu günahsız adamları küçədə, heç nəsiz qoyurlar? Bunun adı repressiyadır”.

Müdafiəçinin sözlərinə görə, hökmdə müsadirə məsələsi əksini tapsa da, həmin əmlakların hansı əsasla müsadirə olunması barədə heç nə yoxdur: “Bu iş Avropa Məhkəməsinə gedib çıxacaq, biabırçılıq olacaq. Əminliklə deyirəm ki, Avropa Məhkəməsi bu işə baxanda o əmlakların pulunu mütləq bu hökumətə ödətdirəcək. Hələ mən o tərəfini demirəm ki, bu hokm oxuyanlar Azərbaycanın məhkəmə sistemi barədə nə düşünəcək”.